Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-52/2023 17.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə 03 avqust 1986-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, 17 fevral 2023-cü ildə saat 12.00-da inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 17 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 17 fevral 2023-cü ildə saat 11.30 radələrində Neftçala rayonu, Bankə qəsəbəsi ərazisində baş vermiş quldurluq hadisəsi ilə əlaqədar şübhəli şəxs qismində dindirilməsi üçün Neftçala RPŞ-nin polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat verərək əməlindən peşman olduğunu bildirmişdir. O cümlədən bildirir ki, 17 fevral 2023-cü il tarixdə saat 11.30 radələrində yaşadığı Bankə qəsəbəsində həmyerlisi Səxavət Məmmədovla parkda olarkən bir neçə polis əməkdaşları onlara yaxınlaşmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra baş vermiş cinayət hadisəsi ilə əlaqədar onu Neftçala RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir günahının olmadığını bildirib, onlara etiraz etmiş, səs-küy salaraq müqavimət göstərmiş, polis əməkdaşlarının sakitliyə riayət etməsi ilə bağlı tələblərinə əməl etməmişdir. Hazırda əməlinə görə peşmandır. İş üzrə şahid qismində dindirilmiş X2 və X1 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinin mövcud olması halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal yuxarıda göstərilən ifadələrlə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə «inzibati həbs» növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 17 fevral 2023-cü il saat 12.00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-52/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-52/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver