Məhkəmə qərarları › İş №3(053)-52/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-52/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-52/2025 08.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon prokurorunun köməkçisi X2, Şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, Neftçala RPŞ-nın DYPB-nin baş dövlət avtomobil müfəttişi X1, müdafiəçi Vəkil iştirakları ilə, xx xxxx 2007-ci il tarixdə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 06 yanvar 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış sənədlərdən görünür ki, 05 yanvar 2025-ci il tarixdə, saat 21:45 radələrində Neftçala şəhəri, M.Ə.Sabir küçəsi ərazisində xx.xx.2007-ci il təvəllüdlü Şəxs “CHEVROLET CRUZE” minik markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən geriyə manevr edərək, arxada dayanmış Zərərçəkmiş şəxs məxsus “Lada-212140” minik markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan (Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması) inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi və vəkilinin iştirakı ilə işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı məlunat verilmiş, lakin o, ərizə göndərərək məhkəmə iclasına gəlməmiş, ərizəsində Şəxs törətdiyi inzibati xəta nəticəsində avtomobilinə dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, eləcə də iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun qanuni nümayəndəsini, müdafiəçini və prokuroru dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar