Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-531/2022 31.10.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X1 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxxxxxx 1972-ci ildə Neftçala rayonu, Xıllı qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 27 oktyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla müəyyən olunur ki, Şəxs 05 oktyabr 2022-ci ildə saat 19:57-də dövlət qeydiyyat nişanı olmayan «İJ PLANET 5» markalı motosikleti idarə etmək hüququ olmadan alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bu əməli ilə Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı özünü yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq əməli törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı iş materialları, o cümlədən 05 oktyabr 2022-ci il tarixli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu» ilə təsdiq olunur. Protokoldan görünür ki, 1972-ci il təvəllüdlü Şəxs müayinə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sübutları nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin tərkibi mövcuddur. Göstərilənlərə əsasən Şəxs həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 31 oktyabr 2022-ci il saat 15:45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-531/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-531/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver