Məhkəmə qərarları › İş №3(053)-537/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-537/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-537/2023 29.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi Neftçala rayon prokurorunun köməkçisi X1 iştirakı ilə xx xxxxxx 1972-ci il tarixdə Neftçala rayonu, Xəzər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, inzibati məsuliyyəti olmayan, Neftçala rayonu, Xəzər kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, Neftçala Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində “Həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcirxanasında saxlanılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon prokurorluğundan daxil olmuş 26 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında qərarla və ona əlavə edilmiş sənədlərlə Şəxs araşdırmaya məlum olmayan mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarda, yəni 0,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməklə Neftçala rayonu, Xəzər kəndində yerləşən fərdi yaşayış evində saxlaması müəyyən olunur. Neftçala rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən qəbul edilmiş 26 dekabr 2023-cü il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və qərar baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirmişdir. Neftçala rayon prokurorluğunun nümayəndəsi məhkəmə baxışı iclasında Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Mərkəzi X5 tərəfindən verilmiş ambulator məcburi–narkoloji tibbi yoxlamanın 04 dekabr 2023-cü il tarixli, 7920 nömrəli rəyində qeyd olunur ki, «Şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Şəxs müayinə zamanı Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür». Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/1023 nömrəli Ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, 1. Tədqiqata təqdim edilmiş, üzərində: «…Hadisə yerinə baxış zamanı aşkar edilmiş marixuanaya oxşar kütlə...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə içərisində təmiz çəkisi - 0,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: «...Hadisə yerinə baxış zamanı aşkar edilmiş... » sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd siqaret qutusunda 4 ədəd, salfet kağızına bükülmüş 5 ədəd tam, 3 ədəd isə yarı yanmış vəziyyətdə olmaqla, cəmi 12 ədəd siqaret dənələrinin tərkibində narkotik vasitə hissəcikləri aşkar edilmədi. Marixuana (kannabis) 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Neftçala Rayon Məhkəməsinin 4(053)-53/2023 nömrəli iş üzrə 26 oktyabr 2023-cü il tarixli qərarı ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Neftçala rayon prokurorunun təqdimatı təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 128-ci maddələri ilə təqsirləndirilən şəxs Şəxs barəsində «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə etməsi halı müvafiq tibbi müayinə nəticəsində müəyyən edilmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.1.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər inzibati xətalar haqqında işlər üzrə məsrəflərə aiddir. Həmin Məcəllənin 55.2-ci maddəsinin tələbinə görə «Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir…». Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Neftçala Rayon Prokurorluğunda saxlanılan, müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,07 qram təşkil edən, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar