Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-539/2025 05.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, X8 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin nümayəndələri X4 və X2 iştirakları ilə, İODİCO MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.1-ci və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İODİCO MMC Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı Şirvan- Salyan Regional bölməsi tərəfindən tərtib edilmiş 07 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. 2.Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İODİCO MMC Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində 17 oktyabr 2025-ci il tarixində yod istehsalı sahəsində formalaşan tullantıların Baş Mil-Muğan kollektoru vasitəsilə Xəzər dənizinə axıtmışdır. Bununla da, İODİCO MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci və 264.0.2-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi və su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsi ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmiş) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir.
3. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 13 oktyabr 2025-ci il tarixli 36 nömrəli Sərəncamın icrasının təmin edilməsi məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı xx.xx.2025-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində yod istehsalı sahəsində formalaşan tullantıların Baş Mil-Muğan kollektoru vasitəsilə Xəzər dənizinə axıdılması müəyyən olunmuşdur. Qeyd olunan obyektin İODİCO MMC-yə məxsus olması müəyyən edilmişdir. İODİCO MMC-də ekologiya şöbəsinin rəisi vəzifəsində çalışan X9 izahatında formalaşan tullantı suları ilə bağlı heç bir qurğu quraşdırmadıqlarını, tullantı sularının polietilen boru vaitəsilə Baş Mil-Muğan kollektoruna axıdıldığını qeyd edir. Təmizləyici qurğunu yaxın müddətdə quraşdırılacağının nəzərdə tutulduğunu qeyd etmişdir. İODİCO MMC Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində 17 oktyabr 2025-ci il tarixində yod istehsalı sahəsində formalaşan tullantıların Baş Mil-Muğan kollektoru vasitəsilə Xəzər dənizinə axıtmışdır. Bununla da, İODİCO MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 264.0.1-ci və 264.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. 4.Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin nümayəndəsi X1 Əliqismət Yaşar oğlu ilə eyni məzmunlu izahat verərək İODİCO MMC barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İODİCO MMC məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək işə İODİCO MMC-nin iştirakı olmadan baxılmasını xahiş etmişdir. 6.Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında işə onun iştirakı olmadan da baxıla bilər. iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
7. xx.xx.2025-ci il tarixli aktdan və ona əlavə edilmiş fotoşəkillərdən, həmçinin təqdim edilmiş diskə məhkəmə tərəfindən baxış keçirilərkən görünür ki, Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində yod istehsalı sahəsində formalaşan tullantıların Baş Mil- Muğan kollektoru vasitəsilə Xəzər dənizinə axıdılmasi müəyyən edilmişdir.
8. İODİCO MMC-də ekologiya şöbəsinin rəisi vəzifəsində çalışan X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, formalaşan tullantı suları ilə bağlı heç bir qurğu quraşdırmadıqlarını, tullantı sularının polietilen boru vaitəsilə Baş Mil-Muğan kollektoruna axıdıldığını qeyd edir. Təmizləyici qurğunu yaxın müddətdə quraşdırılacağının nəzərdə tutulduğunu qeyd etmişdir. Məhkəmənin əsaslandırması və mövqeyi 9.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, İODİCO MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilir. 10.Belə ki, məhkəmədə toplanmış sübutlardan müəyyən edilmişdir ki, Şəxs MMC Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində 17 oktyabr 2025-ci il tarixində yod istehsalı sahəsində formalaşan tullantıların Baş Mil-Muğan kollektoru vasitəsilə Xəzər dənizinə axıdılması faktı aşkar edilmişdir. Həmin hallar tərtib edilmiş aktla öz təsdiqini tapır. 11.Digər tərəfdən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X6 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin əməkdaşları tərəfindən aşkar edilmiş inzibati xəta hadisəsi üzrə müəyyən edilən yod istehsalı sahəsində formalaşan tullantılar onlara məxsus olmaması faktına dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin fakt üzrə cəmiyyətin təqsirini sübuta yetirməyə kifayət edəcək dəlillər mövcud olsa da, məhkəmədə həmin faktı istisna edəcək heç bir sübut aşkar edilməmiş və buna dair heç bir sübut məhkəməyə təqdim olunmamışdır. 11.Göstərilənlərə əsasən, , Şəxs MMC-nin İXM-in 264.0.1-ci və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, məhkəmə cəmiyyətin inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 12.Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin əməlində məsuliyyəti yüngüləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
13. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 14.İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15.İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır.
16. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 17.İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 19.İXM-in 76.1-ci maddəsinə əssən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 20.Azərbaycan Respublikası İXM-nin 264.0.1-cü maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 21.Azərbaycan Respublikası İXM-nin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 22.Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC İXM-in 264.0.1-ci və 264.0.2-ci maddələri ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində həmin maddələrin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir 23.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 263.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci və 264.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Ləman Qasımzadə