Məhkəmə qərarları › İş №3(053)-54/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-54/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-54/2025 28.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: İmişli Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı İmişli Rayon Məhkəməsinə təqdim etmişdir. İmişli Rayon Məhkəməsinin 3(036)-1184/2024 nömrəli iş üzrə 23 dekabr 2024-cü il tarixli qərardadı ilə Şəxs barəsində İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material aidiyyatı üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Materialdan görünür ki, Şəxs DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin 31 may 2024-cü il tarixli, EQ seriyalı 21464823 nömrəli protokolu əsasında verilmiş qərarla Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) manat məbləğində cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddət keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində İmişli Rayon DYPB-nın vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 11 sentyabr 2024-cü il tarixdə, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşin faktik hallarından həmçinin görünür ki, Şəxs DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin 31 may 2024-cü il tarixli, EQ seriyalı, 21464823 nömrəli protokolu əsasında verilmiş qərar üzrə 10 (on) manat məbləğində cəriməni və dəbbə pulunu sonradan ödəyib. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə” inzibati məsuliyyət nəzərdə tutulub. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən “Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117,128 –130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İmişli Rayon DYPB-nin vəzifəli şəxsi tərəfindən onun barəsində 11 sentyabr 2024-cü ildə tərtib edilmiş İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən azad edilərək həmin Məcəllənin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar