Məhkəmə qərarları › İş №3(053)-540/2022

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-540/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-540/2022 24.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X5 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar Xanməmmədova (Bəşirova) Səmirə Əskər qızının iştirakı ilə xx xxxx 1994-cü ildə Neftçala rayonu, Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və pobasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi 24 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 07 yanvar 2020-ci ildə verilmiş 07 yanvar 2020-ci il tarixli 2(053)-92/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs 09 dekabr 2019-cu il tarixdən başlayaraq 25 iyun 2017-ci il təvəllüdlü X1 və 27 may 2019-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi 10 yanvar 2020-ci ildə Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti və müvafiq məzmunlu bildiriş borclunun ünvanına göndərilmişdir. Borclunun borcun ödənişinə yönəldilə biləcək əmlaka malik olubolmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular göndərilmiş, lakin adına hər hansı əmlak aşkar olunmamışdır. Həmin icra sənədinin icrası ilə əlaqədar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimat verilmiş, Neftçala Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarı ilə təqdimat təmin edilmişdir. Hazırda borclunun 3.310 manat məbləğində ödənilməmiş aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması ilə izah etmişdir. Tələbkar Xanməmmədova (Bəşirova) Səmirə Əskər qızı valideynləri ilə yaşadığını, uşaqlarını onların köməyi ilə saxladığını qeyd edərək, Şəxs əvvəllər də aliment ödəyəcəyinə söz verdiyini, lakin əməl etmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən qeyd edir ki, borclunun hər ay ödənilməli olan aliment miqdarı 200 manat təşkil etdiyi halda onun bu gün üçün aliment borcu 3310 manat təşkil edir. Bu hal borclunun aliment ödənişlərindən uzun müddət yayındığını təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 24 noyabr 2022-ci il tarixindən saat 14.35-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar