Məhkəmə qərarları › İş №3(053)-541/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-541/2025

22.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-541/2025 22.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, X6 iclas katibliyi, X1 iştirakları ilə, X1 DİN BDYPİ tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32071671 nömrəli elektron protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32071671 nömrəli elektron protokol əsasında qəbul edilmiş həmin tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mülkiyyət hüququ ilə ona məxsus "HYUNDAİ 120 MİNİK" markalı, 99KG177 qeydiyyat nişanlı avtomobilla Ələt-Astara yolunun 87.5 km ərazisində hərəkət edərkən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi faktı müəyyən edilmiş və barəsində xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32071671 Neli inzibati xəta haqqında elektron protokol tərtib olunmuşdur. H həmin protokol inzibati xəta tərkibli əməlin törədilməsinin təsdiq edilməsinə münasibətdə ziddiyyətli, qeyri-mötəbər sübut olan "Təhlükəsiz Şəhər" X3 məxsus videonəzarət cihazından götürülən və baxış məsafəsi yaxınlaşdırılmaqla çəkilən fotoşəkillər əsasında tərtib edilmiş və buna müvafiq olaraq barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərara alınmışdır. Ona münasibətdə törədildiyi istinad edilən inzibati xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmədiyindən barəsində tərtib edilən protokol qanunsuzdur. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində tərtib edilən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 32071671 Meli inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar qanunsuz hesab edilərək ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin tarixdə kəmər taxmışdır, sadəcə ürəyi sıxıldığıüçün kəməri əli ilə aşağı etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN BDYPİ-yə lazımi qaydada məlumat verilsə də, DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32071671 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 idarə etdiyi “HYUNDAİ İ20 MİNİK” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixdə saat 14.10-da Ələt-Astara yolu 87.5 km Astara ist. ərazisində nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə Azərbaycan Rspublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə -qırx manat məbləğində cərimə edilir. Şikayətin digər dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətçi avtomobili idarə edən zaman təhlükəsizlik kəmərini bağlamamışdır. Bu şikayətçinin özü tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdə də aydın şəkildə görünür ki, şikayətçi təhlükəsizlik kəmərini bağlamamışdır. Şikayətçi təhlükəsizlik kəmərini baxğlandığını və ürəyi sıxıldığı üçün əli ilə aşağı saldığını qeyd etsə də bunu sübut edən dəlillərə məhkəməyə təqdim etməmişdir. Həmçinin şikayətçi qeyd edilən qayda pozuntusunun xüsusi texniki vasitələrin köməyi ilə aşakar edilmədiyi üçün həmin qərarın ləğv edilməsini xahiş edir. Xüsusən nəzərə alınmalıdır ki, Elza İbrahimova özü şikayətində inzibati xətaya yol verdiyini etiraf etmişdir, sadəcə xüsusi texniki vasitələrin köməyi ilə aşakar edilmədiyi üçün narazı olduğunu qeyd etmişdir. Məhkəmə bu hala münasibətdə qeyd edir ki, Elza İbrahimovanın təhlükəsizlik kəmərini bağlamadan avtomobil idarə etməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin hjəmin qayda pozuntusunun qeydalındığı vasitənin xüsusi texniki vasitəi olmadığını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32071671 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 32071671 inzibati xəta haqqında elektron protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar