Məhkəmə qərarları › İş №3(053)-55/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-55/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-55/2023 21.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Məmmədova Sədaqət Səadət qızının katibliyi ilə, xx xxx 1988-ci il tarixdə Neftçala rayonu, Dördlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı usağı olan, işləməyən, Neftçala rayonu, Dördlər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsindən 21 fevral 2023-cü il tarixdə daxil olmuş, 20 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 18 fevral 2023-cü il tarixdə, 19:00-da narkotik vasitə olan metamfetamin qəbul edərək həmkəndlisi X1 idarə etdiyi avtomobildə Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində Neftçala RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən şübhəli şəxs kimi polis bölməsinə dəvət edilmiş, müvafiq araşdırma nəticəsində onun narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək narkotik vasitə aludəçisi olmadığını bildirmişdir. Qeyd edir ki, fərdi əməklə məşğul olur. Ailəlidir, iki uşağı var. Ailəyə yeganə qazanc gətirən şəxsdir. 18 fevral 2023-cü il tarixdə, saat 19 radələrində o, həmkəndlisi X1 idarə etdiyi, özünə məxsus olan “VAZ 2107” minik markalı, ağ rəngli, **- KV-*** dövlət qeydiyyat nişanı olan avtomobili ilə Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisindəki Mil-Muğan kanalının kənarında yolda hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları tərəfindən avtomaşının yük yerinə baxış keçirilmişdir. Sonra onlar spirtli içki qəbulunda şübhəli bilinərək test olunmalarından ötrü polis şöbəsinə dəvət edilmişlər. Neftçala RPŞ-də test olunduqdan sonra testin nəticəsi ilə razılaşmayıb təkrar müayinədən keçmək məqsədi ilə 20 mart 2023-cü il tarixdə Cəlilabad şəhərinə aparılmış, orada təkrar analiz verib müayinə olunduqdan sonra narkotik vasitə olan metamfetamindən istifadə etdikləri aşkar olunmuşdur. Lakin nə o, nə də həmkəndlisi Ceyhun testin nəticələri ilə razı deyillər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş materialları, o cümlədən 20 fevral 2023-cü il tarixli, 40 nömrəli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu» ilə təsdiq olunur. Həmin protokolun məzmunundan görünür ki, Şəxs sidiyində 20 fevral 2023-cü il tarixdə, saat 11:45-də aparılmış tibbi müayinə nəticəsində «MET (+)» aşkar edilib. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ailəli olmaqla himayəsində iki nəfər azyaşlı uşağının olması, müvafiq inzibati xətanı hadisələrin təsadüfi axarı zəminində törətməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar