Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-552/2022 08.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X1 Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Salyan Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 06 sentyabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». İşin faktik hallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol Salyan Rayon Polis Şöbəsinin DYPBnin vəzifəli şəxsi tərəfindən tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsini və inzibati xəta haqqında protokolun Salyan Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib olunduğunu nəzərə aldıqda görünür ki, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi yer kimi Salyan rayonu qəbul edilməlidir. Şəxs işə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatət verməyib. Belə olan halda materiala Neftçala Rayon Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən “Əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir”. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır». Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır». Göstərilənlərə əsasən inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-552/2022
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-552/2022
08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver