Məhkəmə qərarları › İş №3(053)-554/2022

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-554/2022

09.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-554/2022 09.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X4 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, zərərçəkmiş şəxs (tələbkar) X1, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə 24 avqust 1996-cı ildə Neftçala rayonu, Kürqarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi 09 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 15 may 2020-ci ildə verilmiş 15 may 2020-ci il tarixli 2(053)-303/2022 nömrəli icra vərəqəsinə əsasən Şəxs 14 aprel 2020-ci il tarixdən başlayaraq 08 avqust 2019-cu il tarixdə doğulmuş Mehdi adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi 21 may 2020-ci ildə Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti və müvafiq məzmunlu bildiriş borclunun ünvanına göndərilmişdir. Borclunun borcun ödənişinə yönəldilə biləcək əmlaka malik olub-olmamasının müəyyən edilməsi məqsədilə aidiyyəti orqanlara sorğular göndərilmiş, lakin adına hər hansı əmlak aşkar olunmamışdır. Hazırda borclunun 600 manat məbləğində ödənilməmiş aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Zərərçəkmiş şəxs (tələbkar) X2 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli 2(053)-303/2022 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs 08 avqust 2019-cu il təvəllüdlü Mehdinin yetkinlik yaşına çatana kimi saxlanması üçün 14 aprel 2020-ci il tarixdən başlayaraq, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Lakin icra sənədi icraya yönəldiləndən sonra borclu Şəxs təyin olunmuş aliment məbləğini vaxtı-vaxtında ödəməmiş, hal-hazırda 600 manat aliment borcu yaranmışdır. İcra məmuru tərəfindən borclu Şəxs dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq o, borcunu ödəməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs barəsində qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğini tam ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və xəstəliyi ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş pul miqdarını üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 09 dekabr 2022-ci il tarixindən saat 17.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Neftçala Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar