Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-554/2025 30.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X6 qızının katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımının vəzifəli şəxsinin 02 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımının vəzifəli şəxsinin 02 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. X4 həmin qərardan şikayət verib. X4 öz şikayətini belə əsaslandırır ki, ünvan 1 ünvanda yaşayır. Öz mülkiyyətində olan 99UU334 dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze minik” markalı nəqliyyat vasitəsi ilə 02 dekabr 2025-ci il tarixdə, saat 08:45 radələrində Salyan-Şirvan yolunun Şirvan şəhər istiqamətində hərəkət edərkən X tağım Yol Patrul Xidməti inspektoru polis serjantı X1 əmrinə tabe olaraq avtomobili saxlamışdır. İnspektor özünü təqdim edərək ona yüksək sürətlə hərəkət etdiyini bildirmişdir. Onun faktiki sürətini necə ölçməsi barədə, o cümlədən xüsusi texniki vasitənin olub-olmamasını ondan soruşduqda, xidməti avtomobilində “İpatrul” olmadığnı bildirmişdir. Daha sonra inspektor ona ötmə manevrini düzgün etmədiyini bildirərək barəsində inzibati xəta haqqında protokol tərtib edəcəyini demişdir. Bunun düzgün olmadığını bildirmiş, xəta ilə razılaşmamış və qərarı imzalamamışdır. İnspektor isə qərarlı statusunda İXP seriyalı ******* nömrəli protokola əsasən, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hadisə isə belə baş vermişdir ki, onun qarşısında “Vaz 2106” minik markalı avtomobili hərəkət edirmiş. Nəqliyyat vasitəsinin həm xarici görünüşü, həm arxa hissədən çıxan qalın qatı duman buraxması, o cümlədən mühərrikə ani qazlanmalar verməsi texniki cəhətdən nasaz olması fikrini yaradıb. Demək olar ki, 1 kilometrə yaxın məsafəni onun arxa hissəsi ilə hərəkət etmişdir. Nəqliyyat vasitəsinin surəti getdikcə yavaşlamış, həmin anda onun surəti 20 km/s saata qədər enmişdir. Avtomobilin sağ hissəsi demək olar ki, yolda olmayıb. Qarşıdakı avtomobil nə tam asfalt yola çıxmış, nə də ki yolun ehtiyat hissəsinə torpaq hissəyə çıxmışdır. Avtomobilin surəti daha da yavaşlamış, sürücü avtomobili daha da yolun sağ kənarına sıxmış və sadəcə sol 2 təkər asfalt yol üzərində qalmışdır. O da dönmə işıqlarını qoşaraq yolun əks istiqamətinə çıxmadan hərəkətini davam etdirmişdir. Bu manevrdən 700 metr sonra Yol Patrul Xidməti inspektoru bütün bu halların heç birini görmədən, ona heç bir sübut təqdim etmədən, o razılaşmadığı halda İXP seriyalı ******* nömrəli protokol üzrə TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Yol Patrul Xidməti inspektorunun hadisəni ətraflı müşahidə etməsi qeyri-mümkün idi. Onun manevrindən bu qədər sonra yolun sağa dönməsi, ağacların olmasına baxmayaraq inspektor hadisəni ətraflı gördüyünü iddia etmişdir. İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsini bütöv sadalayıb, sübut edə bilmədikdə, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə maddəsi ilə təqsirli bilərək qərar qəbul etmişdir. İnspektor sonuncu “ittihamında” onun dinlənilmək hüququnu təmin etməmişdir. Etiraz etməsinə baxmayaraq inspektorun qanunu pozub yerindəcə qərar qəbul etməsi qərərsizlik prinsipini pozmasıdır. Ona heç bir foto-video təqdim olunmamışdır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımı məhkəməyə nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımının vəzifəli şəxsinin 02 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, qərarı qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Həmçinin şikayətçi şikayətində bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımının vəzifəli şəxsinə etiraz etməsinə baxmayaraq yol patrul inspektoru protokol və qərar tərtib olunması üçün səlahiyyətli vəzifəli şəxsə müraciət etməmişdir. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir”. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə “İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir”. Eyni Məcəllənin 124.4-1-ci maddəsinə əsasən “Bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir”. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur”. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir”. Eyni Məcəllənin 8.2-ci maddəsinə əsasən “İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir”. İşin faktik hallarından görünür ki, X4 inzibati məsuliyyətə Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan 124.3 və 124.4-1-ci maddələrinin tələbləri pozulmaqla cəlb edilib. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq “bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında” qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən “bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması” inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımının vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair 02 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131 – 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin X Tağımının vəzifəli şəxsinin X3 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair 02 dekabr 2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında həmin iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-554/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-554/2025
30.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver