Məhkəmə qərarları › İş №3(053)-556/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-556/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-556/2025 23.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, X2 tərəfindən daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı baxaraq, MÜƏYYƏN ETDİM: X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə şikayətlə müraciət edərək, onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi, şikayət düzgün tərtib olunmamış, barəsində şikayət verilən qərarı nə vaxt almasına dair sənəd və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti iş materiallarına əlavə olunmamışdır. Həm də qərardan görünür ki, inzibati xəta Bakı şəhəri Mehdi Abbasov 4 ünvanı olan ərazidə törədilmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Buna görə də hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalı qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəmə adiyyatı üzrə və şikayət vermə müddətinin bərpa olunmasına dair vəsatət əlavə edilməklə məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Sədrlik edən: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar