Məhkəmə qərarları › İş №3(053)-558/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-558/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-558/2025 24.12.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı, X3 Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin X1 ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: X4 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin X1 ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, X4 həmin qərarı xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Şikayət məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də həmin qərardan şikayət vermə müddəti ötürülmüşdür. Buraxılmış müddətin bərpa edilməsinə dair vəsatəti iş materiallarına əlavə olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin X1 ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apelyasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin X1 ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar