Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-56/2023 17.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, 08 mart 1973-cü ildə Neftçala rayonu, Novo- Vasilyevka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, “Kürkənd kənd ümumi orta məktəbində ocaqçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsi tərəfindən təqdim edilmiş 17 fevral 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 17 fevral 2023-ci il tarixdə, saat 11:30-da Neftçala şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən, Şəxs məxsus “Cehizlik malları” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. İşə məhkəmə iclasında baxılması zamanı Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatda göstərdi ki, Neftçala şəhəri, H.Əliyev prospektində fəaliyyət göstərən “Cehizlik malları” mağazası ona məxsusdur və həmin mağazada inşaat mallarının satışını həyata keçirir. Reklam agentliyinin əməkdaşları mağazaya gələn zaman o, müqavilənin müddətinin bitdiyini və onlarla yeni müqavilə bağlamaq istəmədiyini onlara bildirmişdir. Reklam agentliyinin əməkdaşları da reklamların yığışdırılmasını tələb etdikdə X. Əzizov reklamların şüşəyə yapışdırıldığını bildirərək silə bilmədiyini onlara bildirmişdir. Sonra xəstə olduğu üçün işə gələ bilmədiyindən bir müddət keçmiş və işə qayıtdıqdan sonra reklamların mağazanın şüşəsindən təmizləmişdir. Buna baxmayaraq həmin şəxslər icazəsiz, həmçinin icazə müqaviləsi bağlamadan açıq məkanda reklam yayımı hallarının müəyyən edilməsi barədə akt tərtib etmişlər. O, həmin akta imza atmamışdır. Hazırda əməlindən peşmandır. İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114– 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-56/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-56/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver