Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-568/2022 21.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X1 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1973-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 15 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və iş üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs 08 dekabr 2022-ci ildə saat 13:30-da “VAZ 2121” minik markalı 47BC967 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında, alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən araməsafəsi saxlamamaqla yol hərəkəti qaydalarını pozmuş, nəticədə «Toyota Corola» minik markalı 99PC474 dövlət qeydiyyat nişanlı DTX Neftçala rayon şöbəsinin istifadəsində olan avtomobillə toqquşaraq həmin avtomobilə maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və dəymiş ziyanı tam olaraq ödədiyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən yazılı izahatlar, yol-nəqliyyat hadisəsinin sxemi ilə də təsdiq olunur. İş materialına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 08 dekabr 2022-ci il tarixli 942 nömrəli protokoldan görünür ki, Şəxs 08 dekabr 2022-ci ildə tibbi müayinəsi nəticəsində orta dərəcəli sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. İş materallarına əlavə edilmiş Azərbaycan Respublikasının DTX Neftçala rayon şöbəsinin 1021 nömrəli məktubundan görünür ki, hadisə zamanı şöbənin istifadəsində olan 99PC474 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilə dəymiş maddi ziyan hadisədən sonra “Niva” markalı avtomobilin sürücüsü Şəxs tərəfindən tam olaraq ödənilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi, dəymiş ziyanı tam olaraq ödəməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 333.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-568/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-568/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver