Məhkəmə qərarları › İş №3(053)-57/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-57/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-57/2024 29.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxxx 2005-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Sarı oğulları” ticarət mərkəzində fəhlə işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsi tərəfindən 16 fevral 2024-cü ildə təqdim olunmuş 21 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 21 dekabr 2023-ci ildə saat 14 radələrində Neftçala şəhərində işlədiyi “Sarı oğulları” marketdə istehsalı və satılması qadağan olunmuş malları (pirotexniki vasitələri) satmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O cümlədən bildirir ki, 21 dekabr 2023-ci ildə saat 14 radələrində Neftçala şəhərində yerləşən “Sarı oğulları” marketdə işlədiyi vaxt polis əməkdaşları gəlib ondan marketin anbarında pirotexniki vasitələr olub-olmaması və marketdə satılmasını maraqlanmış, o da səmimi etiraf edərək anbarda olsa da həmin vasitələrin marketdə satılmadığını, lakin istəyən şəxslərə anbardan gətirib verdiyini bildirmişdir. Sonra polis əməkdaşlarının tapşırığına əsasən anbarda olan 2 qutu (hər birində 50 ədəd) olan pirotexniki vasitələri sellofan torbaya qoyub polis şöbəsinə gəlmişdir. O, ticarət mərkəzində fəhlə işləməklə aylıq qazancı 330 manat təşkil edir. Ticarət mərkəzi ilə arasında işçi müqaviləsi yoxdur. O, 2023-cü ilin dekabr ayının ortalarında “X1”ndə tanımadığı şəxsdən 2 blok pirotexniki vasitə almış və satmaq məqsədi ilə onları işlədiyi marketin anbarında gizlətmişdir. Bununla bağlı ticarət mərkəzinin rəhbərliyinə məlumat verməmişdir. Həmin vasitələrin sayı 2 blokda 20 paçka olmaqla hər birinin içərisində 50 ədəd olmuşdur. Həmin vasitələri də market rəhbərinin xəbəri olmadan satarkən onun əməli polis əməkdaşları tərəfindən aşkarlanmışdır. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin tərkibinin mövcud olması halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal iş üzrə toplanmış sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyətini ağırlaşdıran hal yoxdur. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalı və Neftçala RPŞ-də saxlanılan 20 (iyirmi) ədəd qutuda, hər qutuda 50 (əlli) ədəd olan pirotexniki vasitə müsadirə edilməlidır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Neftçala RPŞ-də saxlanılan 20 (iyirmi) ədəd qutuda, hər qutuda 50 (əlli) ədəd olan pirotexniki vasitə müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar