Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-58/2024 01.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxx 1963-cü il tarixdə Neftçala rayonu, Mirqurbanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X1” LTD-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elekrtik montyoru işləyən, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən 16 fevral 2024-cü ildə təqdim olunmuş 21 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 21 dekabr 2023-cü ildə, saat 14 radələrində Neftçala rayonunun Mirqurbanlı kəndində işlətdiyi dükanda istehsalı və satılması qadağan olunmuş malları (pirotexniki vasitələri) satmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. O cümlədən bildirir ki, 21 dekabr 2023-cü ildə, saat 14 radələrində Neftçala rayonu, Mirqurbanlı kəndində yaşadığı evin həyətində öz adına rəsmiləşdirilmiş ərzaq dükanında olduğu vaxt polis əməkdaşları gəlib ondan pirotexniki vasitələr satıb-satmadığını soruşmuş, o da səmimi etiraf edərək həmin vasitələri istəyən şəxslərə satdığını bildirmişdir. Onlardan bu pirotexniki vasitələri hardan əldə etdiyini maraqlananda bildirmişdir ki, keçən il Bakı şəhəri, “X2”ndə mağazaların birindən almışdır. Sonra polis əməkdaşları onu keçən ildən dükanda qalmış 25 qutuda (hər birində 50 ədəd) olan pirotexniki vasitə və 6 ədəd fişənglə birlikdə rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib satdığı 25 qutuda (hər qutuda 50 ədəd) pirotexniki vasitəni və 6 ədəd fişəngi sellofan torbaya qoyub onlarla birlikdə Neftçala Rayon Polis Şöbəsinə gəlmişdir. Əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin tərkibinin mövcud olması halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal iş üzrə toplanmış sübutlarla da təsdiq edilir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyətini ağırlaşdıran hal yoxdur. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalı və Neftçala RPŞ-də saxlanılan 25 (iyirmi beş) ədəd qutuda, hər qutuda 50 (əlli) ədəd olan pirotexniki vasitə və 6 (altı) ədəd fişəng müsadirə edilməlidır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Neftçala Rayon Polis Şöbəsində saxlanılan 25 (iyirmi beş) ədəd qutuda, hər qutuda 50 (əlli) ədəd olan pirotexniki vasitə və 6 (altı) ədəd fişəng müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-58/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-58/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver