Məhkəmə qərarları › İş №3(053)-59/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-59/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-59/2023 23.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Məmmədova Sədaqət Səadət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Neftçala rayonu, Bala Surra kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Neftçala rayonu, Cəngan ƏD-nin Bala Surra kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 22 fevral 2023-cü il tarixdə, saat 20:50-də Neftçala rayonu, Şorkənd kəndi ərazisində, yolda idarə etdiyi «VAZ-21041» markalı, **-CY-*** dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur (İXP 5251415). Qeyd olunan faktla əlaqədar Neftçala RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş leytenantı X1 tərəfindən 23 fevral 2023-ci il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Bala Surra kəndində yaşayır. 22 fevral 2023-cü il tarixdə özünə məxus idarə etdiyi «VAZ 21041» minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanı olan avtomobillə Neftçala rayonu, Şorkənd yolunda hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və araşdırma zamanı onun avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halhazırda törətdiyi əməldən peşmançılıq çəkir. İş üzrə şahid qismində dindirilmiş X1 inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 22 fevral 2023-cü il tarixli, 46 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs narkotik vasitə qəbulu nəticəsində yaranmış sərxoşluğ vəziyyətində olmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Neftçala RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis leytenantı X1 tərəfindən tərtib edilmiş, 23 fevral 2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 334.1ci maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olması və əvvəllər inzibati məsuliyyətə cəlb olunmaması onun məsuliyyətini yüngülləşdirən hallar, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31, 32 və 33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hallar kimi törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran hal kimi onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 23 fevral 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar