Məhkəmə qərarları › İş №3(053)-60/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-60/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-60/2025 06.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxx 1950-ci ildə Neftçala rayonu Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, pensiyaçı, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 11 yanvar 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 sentyabr 2024-cü il tarixli qərardan və material üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs «Lada 21214 Urban» markalı 99NN047 dövlət qeydiyyat nişanlı avtomobillə 30 avqust 2024-cü ildə saat 18.00 radələrində Neftçala şəhərindən Kür çayı istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin tələblərini, həmçinin 1.3 nişanlanma xəttini (qoşa xətt) pozaraq geriyə dönmə əməliyyatını həyata keçirərkən onunla eyni istiqamətdə hərəkət edən motosikletlə toqquşmuşdur. Baş vermiş yolnəqliyyat qəzası zamanı motosikletin sürücüsü Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma, sərnişin Zərərçəkmiş şəxs1 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarətlər almışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Təqsirini etiraf edir və əməlindən peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona dəymiş zərər tam olaraq ödənilib. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayəti və tələbi yoxdur. Onunla barışıb. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayəti və tələbi yoxdur. Onunla barışıb. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı, zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün HK-1/892 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surətinin Neftçala RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərar Neftçala RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Məzahir Abdulhüseynov tərəfindən 27 sentyabr 2024-cü ildə qəbul olunub. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən «Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər». Göründüyü kimi müvafiq kateqoriyalı işlər üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti qüvvədə olan inzibati xətalar qanunvericiliyi ilə 03 ay olmaqla müəyyən edilib. Neftçala RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Məzahir Abdulhüseynovun yuxarıda qeyd edilən qərarının qəbul edildiyi vaxtdan 3 aydan çox vaxt keçib. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə eyni Məcəllənin 53.1.6-cı maddəsinə əsasən hazırkı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar