Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-62/2023 09.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu X3 oğlunun katibliyi ilə 26 iyun 1986-cı il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala şəhəri, məhəllə 3 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsi tərəfindən təqdim olunmuş 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 06 mart 2023-ci il tarixdə, saat 22:58-də yaşadığı evin həyətində sərxoş vəziyyətdə ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 06 mart 2023-cü il tarixdə, saat 22:58 radələrində sərxoş vəziyyətdə evinə gedib münaqişə yaratmağa başlamış və ucadan ünvansız söyüşlər söyərək ailə üzvlərinin və qonşuların narahatçılığına səbəb olan hərəkətlər edərək özünə xəsarətlər yetirmişdir. Hazırda əməlindən peşimandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, Neftçala şəhər sakini X1 06 mart 2023-cü il tarixdə, saat 22:58-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək ailəsində münaqişə olması ilə bağlı verdiyi məlumat əsasında Neftçala RPŞ-nin əməkdaşlarının yazmış olduğu raport əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərib etmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd olunan və s. xuliqanlıq hərəkətləri nəticəsində ictimai qayda pozulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı özünün etirafı, şahid ifadəsi və iş materialları ilə tam təsdiq olunur. Beləliklə, məhkəmə işin faktik hallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs əməlindən səmimi peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Şəxs inzibati xətanı sərxoş halda törədməsi iş üzrə məsuliyyəti ağırlaşdıran haldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 75 (yetmiş beş) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-62/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-62/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver