Məhkəmə qərarları › İş №3(053)-63/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-63/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-63/2023 10.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu X27 oğlunun katibliyi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X14, X8, X16, X15 iştirakları ilə xx xxxxxxxx 1970-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsindən 10 mart 2023-cü il tarixdə daxil olmuş, 10 dekabr 2022-ci il tarixli, MN seriyalı, 1319022, 1319023, 1319024, 1319025, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 19 yanvar 2022-ci il tarixdə, saat 11:45-də, "xxxx" ASC-nin Neftçala şəhəri, H.Əliyev prospekti 33 ünvanında yerləşən Neftçala filialının yaxınlığındakı ATM-in qarşısında, Neftçala rayonu, Astanlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus təqaüd kartını alıb, kartda olan pulu çıxarıb ona qaytaracağı adı ilə onu aldadaraq kartı ATM-ə daxil edib, həmin kartda olan 260 (iki yüz altmış) manat pulun 200 (iki yüz) manatını dələduzluq yolu ilə əldə edərək Zərərçəkmiş şəxs kartında pul olmadığını bildirərək özgə əmlakını talamışdır. Bundan əlavə Şəxs 28 fevral 2022-ci il tarixdə, saat 12:30-da, "xxxx" ASC-nin Neftçala şəhəri, H.Əliyev prospekti 33 ünvanında yerləşən Neftçala filialının yaxınlığındakı ATM-in qarşısında, Neftçala rayonu, Mirzəqurbanlı kənd sakini zərərçəkmiş şəxs X17 məxsus əmək haqqı kartını əmək haqqını çıxarmaq adı ilə alıb, 100 (yüz) manat pulunu dələduzluq yolu ilə əldə edərək X5 onun dediyi kimi “5171” yeni kod qoyduğunu bildirərək özgə əmlakını talamışdır. Bundan əlavə Şəxs 03 mart 2022-ci il tarixdə, saat 12:20-də, "xxxx" ASC-nin Neftçala şəhəri, H.Əliyev prospekti 33 ünvanında yerləşən Neftçala filialının yaxınlığındakı ATM-in qarşısında, Neftçala rayonu, Mirzəqurbanlı kənd sakini, zərərçəkmiş şəxs X10 məxsus əmək haqqı kartına yeni kod vurmaq istədiyini görüb, ona yaxınlaşaraq yeni kod vurmaq üçün əmək haqqı kartını alaraq 300 (üç yüz) manat pulunu dələduzluq yolu ilə əldə edərək X4 onun dediyi kimi “1117” nömrəsini qoyduğunu bildirərək özgə əmlakını talamışdır. Bundan əlavə Şəxs 19 aprel 2022-ci il tarixdə, saat 10:20-də, Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən "xxxx" MMC-nin Neftçala filialının yaxınlığındakı ATM-in qarşısında Neftçala şəhəri, məhəllə 4, ev 37-də yaşayan zərərçəkmiş şəxs X11 anası X3 adına olan təqaüd kartını alaraq kartda olan pulu çıxarıb ona qaytaracağı adı ilə onu aldadaraq kartı ATM-ə daxil edib kartda olan 318 (üç yüz on səkkiz) manat pulu dələduzluq yolu ilə əldə edərək X1 pul olmadığını bildirərək özgə əmlakını talamışdır. Bundan əlavə Şəxs 02 sentyabr 2022-ci il tarixdə, saat 15:56-da, "xxxx" ASC-nin Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən bankomatından Neftçala şəhəri, məhəllə 5-də yaşayan zərərçəkmiş şəxs X12 məxsus, 4169-7414-8705-7331 nömrəli Kapital Banka aid kartdan 422 (dörd yüz iyirmi iki) manat pul çıxararaq ona vermiş, növbəti dəfə Elnarə Mənəfovanı aldadaraq kartı yoxlamaq adı ilə kartdan 200 (iki yüz) manat avans pulu dələduzluq yolu ilə əldə edərək X2 pul olmadığını bildirərək özgə əmlakını talamışdır. Bundan əlavə Şəxs 02 sentyabr 2022-ci il tarixdə, saat 17:00-da Neftçala rayonu, Aşağı Qaramanlı kəndində, Əlifağa adlı şəxsin mağazasında yerləşən ATM-dən pul çıxarmaq istəyərkən Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsində yaşayan X7 etməq məqsədilə yaxınlaşaraq ona məxsus, "xxxx" ASC-dən verilmiş, 4093-0944-2156-7155 nömrəli plastik kartın kodunu soruşaraq ATM-də həmin kartın nömrəsini yığmış, pulu çıxarsa faiz tutulacağını bildirmiş, Sevda Aslanova pulu çıxartmamasını bildirərək, kartını geri istəmişdir. O da Sevda Aslanovaya məxsus kartdan 200 (iki yüz) manat pulu dələduzluq yolu ilə əldə edərək kartı X21 qaytarmaqla özgə əmlakını talamışdır. Qeyd olunan faktlarla əlaqədar Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan 10 dekabr 2022-ci il tarixli altı ədəd inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə inzibati xəta haqqında materiallar Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, həqiqətən də müxtəlif vaxtlarda qeyd olunan şəxslərin kartlarından kömək göstərmək adı ilə pul məbləğlərini götürərək onarı aldatmışdır. Əldə etdiyi pul vəsaitini öz ehtiyaclarına xərcləyib, əməlindən peşmandır. Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, xəstə oğlu Vüqarla birlikdə yaşayır, 260 (iki yüz altmış) manat təqaüd alır. 19 yanvar 2022-ci il tarixdə saat 11:00 radələrində o təqaüd kartının yenisini almaq məqsədilə Neftçala şəhəri, Heydər Əliyev prospektinə "xxxx"a gəlib yeni kart almış və kartında 260 (iki yüz altmış) manat pul olmuşdur. O, kartdan pul çıxara bilmədiyi üçün həmişə kim olsa xahiş edir, pulunu çıxarıb ona verirlər. "xxxx"dan çıxıb, saat təxminən 11:40 radələrində bankın sağ tərəfindəki bankomatın qarşısına gəlmiş ki, kimdənsə xahiş etsin, 260 (iki yüz altmış) manat pulunu çıxarıb ona versinlər. Bankomatın qarşısnda təxminən 40-45 yaşlarında orta boylu, normal bədən quruluşlu, yumru sifət, tanımadığı bir kişinin dayandığını görüb həmin şəxsdən xahiş edib ki, kartını versin 260 (iki yüz altmış) manat pulunu onun üçün çıxartsın. Həmin şəxs də etiraz etməmişdir. O, kartını həmin şəxsə verib kodu demiş, həmin şəxs onun kartını bankomata daxil etmiş, bu zaman o, həmin şəxsin arxa tərəfində olmuş və onun nə etdiyini görə bilməmiş, təxminən bir dəqiqə sonra həmin şəxs kartı bankomatdan çıxarıb ona verərək, kartında pul yoxdur demişdir. O, tələsdiyinə görə kartını həmin şəxsdən alıb oradan uzaqlaşıb kəndə getmişdir. 21 yanvar 2022-ci il tarixdə qonşusu rayonun Aşağı Qaramanlı kəndində kartını bankomata daxil edib pulu çıxardanda görüb ki, kartında 60 (altmış) manat pul var. Bundan sonra başa düşüb ki, 19 yanvar 2022-ci il tarixdə tanımadığı həmin şəxs onun kartından 200 (iki yüz) manat pulu çıxarıb. 25 yanvar 2022-ci il tarixdə o, Neftçala şəhəri, Heydər Əliyev prospektinə "xxxx"a gəlib bu barədə məlumat vermiş və kartından çıxarış almışdır. Bununla əlaqədar olaraq polisə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X22 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala rayon Dairə Seçki Komissiyasında nümayəndə kimi işləyərək dolanır. O, əmək haqqı alır və maaşını "xxxx"a aid kartdan alır. 28 fevral 2022-ci il tarixdə, günorta saat təxminən 12:30 radələrində tək özü Neftçala şəhəri, H.Əliyev prospekti ərazisində olan "xxxx"ın mərkəzi ofisinin qarşısındakı bankomata yaxınlaşmışdır. O, təzə maaş kartı aldığı üçün inzibati binaya daxil olub yeni kod yazdırmaq istəsə də bu alınmayıb. Kartına yeni kod vurmaq üçün küçəyə çıxmış və bu zaman bankomatın qarşısında tanımadığı, 40-45 yaşlarında bir kişi ona yaxınlaşıb deyib ki, karta yeni kod vurmaq istəyirsə ona köməklik edə bilər. Həmin şəxsə, “bəli” deyərək özü kartını öz əli ilə ona vermişdir. Həmin tanımadığı şəxs ona bildirmişdir ki, karta yeni kod, onun dediyi "5171" nömrəsini vurub. Bundan sonra oradan uzaqlaşaraq getmişdir. 04 mart 2022-ci il tarixdə, saat təxminən 11:00 radələrində, 100 (yüz) manat əmək haqqı pulunun həmin şəxs tərəfindən çıxarılaraq oğurlandığını bilmişdir. Bununla əlaqədar olaraq polisə müraciət etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X23 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala şəhəri, məhəllə 4, ev 37-də ailə üzvləri ilə birlikdə yaşayır. X6 onun anasıdır. Onlar eyni evdə yaşayırlar. Anası Cahanbanu əmək pensiyası alır. Əmək pensiyasının pulu hər ayın sonlarında "xxxx" filialı tərəfindən verilmiş plastik karta köçürülür. Anası Cahanbanu yaşlı və xəstə olduğundan hər ay əmək pensiyasını almaq üçün plastik kartını ona verir. O da hər dəfə bankomatdan kartdakı pulu çıxaranda kartı başqasına vermək məcburiyyətində qalır. Çünkü kartdan pul çıxarmağı bacarmır. 19 aprel 2022-ci il tarixdə, saat 10 radələrində anası Cahanbanu plastik kartını ona verib kartından əmək pensiya pulunu çıxartmağını xahiş etmişdir. O da həmin gün saat 10:29-da anasının verdiyi plastik kartı və özü aldığı sosial pensiya kartını götürüb Neftçala şəhəri, Şəhriyar küçəsinə “Optimal Elektronics” mağazasının sol tərəfində olan bankomata yaxınlaşıb, orada kartları bankomatdan pul çıxaran tanımadığı bir nəfər şəxsə verib kartdakı pulu çıxarmasını xahiş etmişdir. Həmin şəxs əvvəlcə sosial pensiya aldığı kartı onun yanında bir dəfə bankomata daxil edib karta pul köçmədiyini demiş, sonra kartı özünə qaytarmışdır. Sonra həmin şəxs ona verdiyi anası Cahanbanunun əmək pensiya kartını bankomata daxil edib kartda pul olmadığını bildirmişdir. Sonra isə kartı ona qaytarıb bu kartdan başının çıxmadığını, kartı başqa adama göstərməyini demişdir. O da yaxınlıqda olan “Optimal Elektronics” mağazasına daxil olub mağazada işləyən adını bilmədiyi lakin üzdən tanıdığı şəxsə sosial kartını verib kartı bankomata daxil edib yoxlamasını xahiş etmişdir. Həmin şəxs razılaşıb onunla birlikdə mağazadan çıxıb bankomata yaxınlaşmışdır. O, bankomata yaxınlaşanda əvvəlcə kartını verdiyi şəxs ona bankomatdan çıxan qəbzi verib demişdir ki, kartında pul yoxdur. Sonra həmin şəxs yanından uzaqlaşmışdır. O da qəbzdən anlayışı olmadığı üçün qəbzə fikir verməmişdir. Mağazada işləyən şəxsdə kartı bankomata daxil edib kartda pul olmadığını bildirmişdir. O, anası Cahanbanuya zəng edib məlumat vermişdir. Bunu aydınlaşdırmaq üçün Cahanbanu ilə həmin gün "xxxx"ın Neftçala filialına getmişlər. Orada sosial və əmək pensiyası kartlarında pul olub-olmadığı ilə maraqlananda onlara demişlər ki, sosial kartı bloka düşüb və karta hələ də pul köçürülməyib, lakin əmək pensiyası kartından isə 19 aprel 2022-ci il tarixdə, saat 10-29-da, 318 (üç yüz on səkkiz) manat pul çıxarılmışdır. Halbu ki, o, kartdan həmin pulu çıxartmamışdır. Eləcə də, 19 aprel 2022-ci il tarixdə kartını verdiyi şəxsin kartdan pul çixartdığını görməmişdir. Çünkü həmin şəxs kartını onun yanında bankomata daxil etmişdir. Əvvəlcə kartda pul olmadığını, daha sonra kartı başqa adama göstərməyini deyib onu bankomatın qarşısından uzaqlaşdırmışdır. Buradan belə nəticəyə gəlir ki, ya anasının ona verdiyi əmək pensiyası kartındakı pul bankomatda qalıb yada ki, ona məlum olmayan şəraitdə həmin tanımadığı şəxs tərəfindən çıxarılıb. Onu da qeyd etmək istəyir ki, optimal mağazasında işləyən şəxsə sosial kartı yoxlaması üçün vermişdir. Ona anası Cahanbanunun əmək pensiya kartını verməmişdir. Bununla əlaqədar olaraq polisə müraciət etmişdir. Anası Cahanbanunun əmək pensiya kartını verdiyi şəxsi məhkəmədə üzdən görən kimi tanımışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X19 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala RMX Publik hüquqi şəxsində tibb bacısı işləyir. Yaşadığı evi bankomatdan uzaq olduğundan heç vaxt öz kartından özü pul çıxarmamışdır. Kartı həmişə atasına vermişdir. O da pulu çıxarıb özünə vermişdir. Hazırda məzuniyyətdə olduğundan və atası da işdə olduğundan bankomatdan özü pul çıxarmaq qərarına gəlmişdir. 02 sentyabr 2022-ci il tarixdə, saat 15 radələrində evdən çıxıb Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"ın filialında quraşdırılmış bankomatın yanına gəlmişdir. Özü indiyə kimi bankomatdan pul çıxarmadığı üçün yaxınlıqda dayanan orta yaşlı bir oğlandan xahiş etmişdir ki, kartdan pul çıxarsın. O da 4169-7414-8705-7331 nömrəli kartını bankomata daxil edib, 422 (dörd yüz iyirmi iki) manat pul çıxarıb ona vermiş, daha sonra kartı yoxlamaq adıyla təzədən bankomata salıb 0.33 manat pul qaldığını bildirmişdir. O da "0.33" AZN yazıldığını görmüşdür. Sonra kartı çıxarıb ona qaytarmış, o da evinə getmişdir. Kartdan pul çıxanda mesajlar atasının mobil telefonuna gəlir. Axşam atası evə gələndə mesajları göstərərək demişdir ki, 422 (dörd yüz iyirmi iki) manat maaşı və əlavə 200 (iki yüz) manat avans çıxartmısan. O da 422 (dörd yüz iyirmi iki) manat pul aldığını, 200 (iki yüz) manat pulu çıxarmadığını bildirmişdir. Sonra telefona baxanda 02 sentyabr 2022-ci il tarixdə, saat 15:55-də 422 (dörd yüz iyirmi iki) manat, saat 15:56-da isə 200 (iki yüz) manat pulun çıxarıldığını görmüşdür. Ondan sonra pulun həmin şəxs tərəfindən çıxarıldığını atasına izah etdikdən sonra DİN-in 102 xidmətinə bu barədə məlumat vermişdir. Həmin şəxsi məhkəmədə üzdən görən kimi tanımışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X24 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. 01 sentyabr 2022-ci il tarixdə, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yaşayan bacısı Laləgilə qonaq gəlmişdir. Ona məxsus "xxxx"-dan verilmiş, 4093 0944 2156 7155 nömrəli plasrik kartı olmuşdur. Həmin kartda 260 (iki yüz altımış) manata qədər pulu qalmışdır. 02 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində bacısının evinin yaxınlığında olan Əlifağa adlı şəxsin mağazasına getmiş, mağazada "xxxx"a məxsus ATM-i görmüşdür. Həmin kartı ATM-ə salaraq pul çıxarmaq istəmişdir. Bu vaxt kənardan, tanımadığı dolu bədənli, qarayanız, ağ saçı olan, balaca boy, təxminən 40 yaşlarında kişi ona yaxınlaşaraq, sizə kömək edərəm deyə, karta baxaraq, əgər pulu buradan çıxardarsınızsa faiz tutulacağını bildirmişdir. O, da pulu çıxartmamağı bildirərək kartını geri istəmişdir. Həmin şəxs ona kartının kodunu de yoxlayaq görək faiz tutulacaqmı deyə bildirmişdir. O, tanımadığı şəxsə kartının 4 rəqəmli kodunu, 3006 nömrəsini vermişdir. Həmin şəxs kodu ATM-da yazmış sonra hansısa düymələri basmışdır. Kartı ATM-dan çıxararaq, gedə bilərsiniz deyə ona bildirmişdir. O, kartı ondan alaraq bacısı evinə gəlmişdir. Orada internet şəbəkəsi olduğu üçün telefonuna baxarkən, tanımadığı şəxsin həmin vaxt ona məxsus kartdan 200 (iki yüz) manat pulun çəkdiyini aşkar etmişdir. Odur ki, həmin şəxsin onu aldadaraq kartından pul çəkməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Həmin şəxsi məhkəmədə üzdən görən kimi tanımışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. İş üzrə digər zərərçəkmiş şəxs X20 xidməti işi ilə əlaqədar uzaq səfərdə olduğunu, bu səbəbdən məhkəmə iclasına gələ bilmədiyini, işə onun iştirakı olmadan baxılmasını və inzibati xəta törətmiş şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini bildirərək onun barəsində qanunamüvafiq tədbir görülməsini istifadəsində olan mobil telefon vasitəsi ilə məlumat verərək xahiş etmişdir. İş materiallarından görünür ki, təhqiqatçının 04 fevral 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 06 fevral 2022-ci il tarixdə inzibati xətalara dair işlər üzrə icraat başlanmışdır. 02 may 2022-ci ildə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, müstəntiqin 01 aprel 2022-ci il tarixli qərarı ilə X15 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 05 aprel 2022-ci il tarixdə inzibati xətalara dair işlər üzrə icraat başlanmışdır. 04 iyun 2022-ci ildə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, müstəntiqin 01 aprel 2022-ci il tarixli qərarı ilə X9 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 05 aprel 2022-ci il tarixdə inzibati xətalara dair işlər üzrə icraat başlanmışdır. 04 iyun 2022-ci ildə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, təhqiqatçının 05 may 2022-ci il tarixli qərarı ilə X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 06 may 2022-ci il tarixdə inzibati xətalara dair işlər üzrə icraat başlanmışdır. 05 avqust 2022-ci ildə inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. İş materiallarından görünür ki, müstəntiqin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 15 sentyabr 2022-ci il tarixdə inzibati xətalara dair işlər üzrə icraat başlanmışdır. İş materiallarından görünür ki, təhqiqatçının 14 sentyabr 2022-ci il tarixli qərarı ilə X16 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, 16 sentyabr 2022-ci il tarixdə inzibati xətalara dair işlər üzrə icraat başlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı və zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Göstərilənləri, həmçinin inzibati xətaların törədildiyi vaxtdan 01 il müddətinin keçmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 38.3 və 38.5-ci maddələrinin, habelə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etməni təsbit edən digər aidiyyəti müddəalarının tətbiqi mümkün deyil. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən «şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Onun il ərzində təkrar inzibati məsuliyyətə cəlb olunması iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117, 128–131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 03 (üç) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixindən, saat 18:30-dan hesablansın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X18, X12, X21, X17 və X10 inzibati xəta törətmiş Şəxs qarşı dəymiş ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar