Məhkəmə qərarları › İş №3(053)-63/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-63/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-63/2024 18.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X5, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 13 noyabr 2023cü il tarixli, MN seriyalı,1440835 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 13 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinərək 2.000 manat miqdarında cərimə edilmişdir. Həmin qərar inzibati xəta haqqında iş üzrə 06 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol əsasında verilib. X10 həmin qərardan şikayət vermiş, eyni zamanda qərardan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpası ilə bağlı vəsatət vermişdir. Şikayət aşağıdakı məzmundadır: Bildirir ki, 06 oktyabr 2023-cü il tarixdə, səhər saat 06:00 radələrində özünə məxsus rəsmi sənədləri olan 12 kalibrli, “MR-155” markalı, ********** nömrəli ov tüfəngi vasitəsi ilə Neftçala rayonunun Şirvanlı kəndi ərazisində yerləşən göl ətrafına quş ovu etmək məqsədilə getmişdir. Ov etmək istədiyi vaxt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X11 soyadlarını bilmədiyi Kamran və Əsgər adlı əməkdaşları dövlət qeydiyyatı nişanını xatırlamadığı şəxsi avtomobillərini onun yanında saxlayıb, sudan çıxmağını və onlara yaxınlaşmağını tələb etmişlər. Həmin şəxsləri tanımadığı üçün kim olduqlarını soruşmuşdur. Cavabında sonuncular ondan sudan çıxmağını tələb etmişlər. Həmçinin onlar kim olduqlarını sonra bildirəcəklərini söyləmişlər. Həmin şəxslər ondan silahı təhvil verməyini tələb etmiş, onların kim olduqlarını bilmədiyi üçün eləcə də, hər hansı sənəd təqdim etmədiklərinə görə ona qarşı zor tətbiq edəcəklərindən ehtiyat edərək dərhal maşına minib oradan uzaqlaşıb, yaşadığı evə gəlmişdir. Həmin gün saat 07- 08 radələrində evinə gəlib çatandan təxminən 30 dəqiqə sonra Neftçala rayon X17 adlı şəxs ona zəng vurub polisə dəvət etmişdir. Anarın zəngindən sonra Su Polis şöbəsinə gəlib həmin səhər ondan silahı tələb edən şəxsləri orada görmüşdür. Orada olduğu zaman Kamran və Əsgərin deməsinə görə guya o, polisləri söymüşdür. O da heç bir zaman söyüş söymədiyini demişdir. Kamran və Əsgərin ov ərazisində ona yaxınlaşan zaman çəkdikləri görüntülərə baxış keçirilən zaman onun polisləri təhqir etməməyi məlum olmuşdur. O, polis şöbəsindən çıxandan sonra Kamran və Əsgər onu Neftçala rayon prokurorluğuna şikayət edəcəkləri, həmçinin FHN-nin rayon şöbəsində işləyən oğlu Rüfət Qorçiyevi işdən çıxaracaqları ilə hədələmişlər. Eyni zamanda onlar onu 2.000 manat cərimə edəcəklərini bildirib, bu işi həll etmələri üçün onlara 1.000 manat rüşvət verməsini təklif etmişlər. O da oğluna hər hansı zərər toxunacağından ehtiyatlanaraq gedib tüfəngini qabı ilə birlikdə gətirib, Neftçala şəhərinin M.Ə.Sabir küçəsindəki Təbrizin kafesində tüfəngə aid olan sənədin arasına 1.000 manat pul qoyub tüfənglə birlikdə Kamrana vermişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamış, pulu təklikdə şəxsən Kamrana vermişdir. Kamran pulu ondan aldıqdan sonra guya həmin pulu prokurorluğa şikayət etməməsi üçün aldığını, həmçinin 2.000 manat deyil, 1.000 manat cərimə edəcəyini demişdir. Kamran ona tüfəngini aldıqdan sonra təsdiqedici sənəd verməmiş, tüfəngin ona qaytarılmadığını görüb səhərisi gün, xx.xx.2023-cü il tarixdə Neftçala rayon prokurorluğuna Kamranın ondan 1.000 manat rüşvət alması barədə şikayət etmişdir. Neftçala rayon prokurorluğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi - müfəttişi vəzifəsində işləyən X9 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 311.1- ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi əlamətlərinin müəyyən edilmədiyindən barələrində Azərbaycan Respublikası CPM-nin 39.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasını hissəvi rədd edilmişdir. X7 və X3 əməllərində Azərbaycan Respublikası CM-178-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasının müəyyən edilməsi barədə 113-C 23 nömrəli materillardan izahatlar və digər zəruri sənədlərin surəti çıxarılaraq araşdırılmasının davam etdirilməsi üçün Neftçala RPŞyə göndərilməsi barədə qərar qəbul etmişdir. Nefçala rayon Polis Şöbəsi ekologiya işçiləri X9 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 178- ci maddəsinin tərkibi əlmətlərinin olmamasını müəyyən edərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bildirir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X7 vǝ X3 inzibati xəta haqqında prototol tərtib edilməsi zamanı prosessal pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri nəzərdə tutulmuşdur. Bu Məcəllənin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bu Məcəllənin 102.4-cü maddəsinə əsasən İnzibati araşdırma zamanı xəta törədilən, yaxud aşikar olan yerdə aparılır. Göründüyü kimi inzbati xəta xx.xx.2023-cü il tarixdə Neftçala rayonunun Şirvanlı kənd ərazisində yerləşən göl ətrafında aşkar olunmuşdur. Lakin 3 saylı Regional Ekologiya və Təbbi Sərvələr İdarəsinin əməkdaşları inzibati xəta haqqında protokolu dərhal oradaca yerində tǝrtib edilməli olduğu halda orada deyil Neftçala şəhərində yerləşən Təbriz kafesində tərtib etmişlər. İnzibati xəta xx.xx.2023cü ildə törədilmiş, lakin bir ay yeddi gündən sonra bərəsində 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən 2.000 manat cərimə edilmişdir. Məhkəmə iclası zamanı E.Qorçiyev yuxarıda göstərilənlərə əlavə olaraq qeyd etdi ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X9 və X6 tərtib etdikləri inzibati xəta haqqından protokol prosessual pozuntulara yol verilməklə tərtib edilmişdir. Ona görə də prosessual pozuntulara yol verilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 13 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, həmin qərar əsasında təyin edilmiş 2.000 manat cərimə silinməlidir. Əlavə olaraq bildirir ki, ona tətbiq edilmiş cərimə məbləğini hazırda ödəmək imkanı yoxdur. Qeyd edir ki, cərimə məbləği 1.000 manat olsaydı qərardan şikayət verməzdi. Habelə bildirir ki, ovçuluq onun xobbisidir və o, nə qədər cərimə edilsə də, ov silahı müsadirə olunsa da hardansa ov silahı əldə edib yenə də icazəsi olmasa belə ovçuluqla məşğul olacaqdır. Eyni zamanda qeyd edir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin yuxarı orqanı olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət etmiş, nazirliyin yanında X8 Xidmətində müraciətinə baxılaraq rədd cavabı verilmişdir. Yuxarıda qeyd edilən orqanlara müraciət etdiyinə görə üzürlü səbəbdən qərarda şikayət vermə müddətini ötürmüşdür. Она görə də xahiş edir inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermə müddəti üzürlü hesab edilərək bərpa edilsin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 13 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ləğv edilsin və ya cərimə 1000 manata endirilsin. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 işin məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olaraq onlar mütəmadi nəzarət tədbirləri həyata keçirlər. xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Şivanlı kəndində reyd keçirən zaman bir nəfər şəxsin ovla məşğul olduğu aşkar edilərək həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədlər xəta yerində təqdim edilmədiyindən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək mümkün olmamış, lakin həmin gün sənədlər təqdim edildikdən sonra müvafiq protokol tərtib edilmiş və maddi sübut kimi ov aləti olan 1 ədəd tüfəng X4 təhvil alınmışdır. Bir müddət sonra X10 onlara şər ataraq rüşvət almaları barədə aidiyyati orqana şikayət etmişdir. X1 ov etdiyini inkar etsə də quş ovuna hazırlıqlı şəkildə gəlməsi (videogörüntü və şəkillər də var) və ovçuluq sənədinin olmaması həmin inzibati xətanın tərkibini yaratmışdır. Zərurət yaranarsa video görüntülərə baxıla bilər. Mövcud qanunvericiliyə əsasən X10 2.000 manat miqdarında cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, qərardan buraxılmış şikayər vermə müddəti bərpa edilməli şikayət isə rədd olunmalıdır. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 13 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən olunur ki, X10 xx.xx.2023-cü il tarixdə Neftçala rayonu, Şirvanlı kəndində sututar ərazidə lazımi icazə olmadan qadağan olunmuş vaxtda və yerdə beşatan ov silahı ilə (MR- 155-**********) ov edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində fiziki şəxs qismində 2.000 manat məbıəğində cərimə tətbiq edilmişdir. İşdə olan fotoşəkillərdən müəyyən edilir ki, barəsində cərimə tətbiq edilmiş şəxs yuxarıda qeyd olunan ərazidə, ov silahı ilə silahlanmış vəziyyətdə, ov geyimində, ov zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsləri tərəfindən müəyyən edilmişdir. Habelə iş materiallarında olan E.Qorçiyev tərəfindən imzalanmış izahatda xüsusi icazəsi olmadan onun ov etməsi və buna görə də 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsləri tərəfindən saxlanıldığı etiraf olunmuşdur. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilir ki, yol verilmiş inzibati xətaya görə tərtib edilmiş müvafiq protokol prosessul pozuntuya yol verilmədən tərtib edilmiş və müvafiq protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, şikayətçi məhkəməyə şikayətdə göstərilən dəllillərlə əlaqədar heç bir sübut təqdim etməmişlər. Belə olan halda şikayətçinin dəlillərinin əsaslı olması halı da müəyyən edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan verilən şikayətə baxılarkən «qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında» qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsinin 13 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə bağlı X10 tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar