Məhkəmə qərarları › İş №3(053)-64/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-64/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-64/2024 22.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftçala Rayon Məhkəməsinin 15 fevral 2023cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 22 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 12 yanvar 2022-ci ildə verilmiş 30 yanvar 2020-ci il tarixli 2(053)-62/2020 nömrəli icra vərəqəsinə əsasən borclular X2, Şəxs və X5 tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 100A nömrəli fərdi yaşayış evindən çıxarılmalı, ev boşaldılmalı və tələbkar Zərərçəkmiş şəxs istifadəsinə verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq həmin qərar və bildiriş tərəflərə göndərilmişdir. Lakin görülmüş bütün icra tədbirlərinə baxmayaraq borclunun qeyd olunan mənzildən çıxarılması mümkün olmamışdır. İş icraata qəbul edildikdən sonra borcluların izahatları alınmış, onlara qanunvericiliyin tələbləri izah olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı bildirmişdir ki, həmin evdə anası Nailə və qardaşı Ramillə birlikdə yaşayırlar. O, qardaşı Ramillə həmin evdə qeydiyyatdadır. Sözügedən evi atası tikib inşa etmişdir. Bu səbəbdən evi tərk etmək fikirləri yoxdur. İcra məmuru tərəfindən icra sənədini könüllü icra etmək üçün onlara 10 gün vaxt verilmiş, izahatları alınmış, ona müvafiq qanunlar izah edilmiş və xəbərdarlıqlar göndərilmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətə cəlb olunmasını, Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsinin hələ də nəticəsiz qaldığını, borclu və digərlərinin icra sənədinin icrasından yayındığını bildirmişdir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətsin. İş materiallarına əlavə edilmiş Neftçala Rayon Məhkəməsinin 3(053)-51/2023 nömrəli iş üzrə 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, o, 15 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. xx.xx.2023-cü il tarixli borclulara ünvanlanmış sonuncu xəbərdarlıq məktubundan onlara həmin yaşayış evindən çıxmaları, evi boşaltmaları və Zərərçəkmiş şəxs istifadəsinə verməli olmaları ilə bağlı 5 gün müddət verilməsi görünsə də həmin xəbərdarlığın borclulara təqdim olunmasını təsdiq edən sənəd iş materialına əlavə edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Neftçala Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar