Məhkəmə qərarları › İş №3(053)-65/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-65/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-65/2023 10.03.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə Neftçala rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 10 dekabr 2022-ci il tarixli altı ədəd protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallar 10 mart 2023-cü il tarixdə 3(053)-63/2023, 3(053)-64/2023, 3(053)-65/2023, 3(053)-66/2023, 3(053)-67/2023 və 3(053)-68/2023 nömrələr altında icraata qəbul edilmişdir. İşlərin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokollarda göstərilən əməllər Şəxs tərəfindən müxtəlif tarixlərdə və vaxtlarda törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan, 3(053)-65/2023 saylı inzibati xəta haqqında materiallar həmin şəxsin barəsində eyni maddə ilə olan 3(053)-64/2023 saylı inzibati xəta haqqında materialla birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməli və həmin materiallara eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan, 3(053)- 65/2023 saylı inzibati xəta haqqında material Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan 3(053)-64/2023 saylı inzibati xəta haqqında materialla birlikdə baxılması üçün bir icraatda birləşdirilsin və eyni vaxtda baxılsın. İnzibati xəta haqqında materialın baxılması 10 mart 2023-ci il tarixə, saat 18:30-a Neftçala Rayon Məhkəməsinin binasına təyin edilsin. Məhkəmə baxışı iclasında inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin iştirakı təmin edilsin. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar