Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-67/2024 23.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 10 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Eyni Məcəllənin 100.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». İş materiallarını nəzərdən keçirərək məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat qanuna zidd aparılmış, inzibati xəta haqqında protokol qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət olunmadan tərtib edilmiş, təqdim olunmuş sənədlər isə natamamdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan müddəalarının mənasına görə həmin Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən bu barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalıdır. Təqdim olunmuş sənədlərlə Şəxs qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı müəyyən edilmir. Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilmişdir. O cümlədən Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinin tələblərinə riayət edilməsi təqdim olunmuş sənədlərlə müəyyən edilmir. Belə ki, inzibati xəta haqqında protokolun inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə) göndərildiyi iş materaialından görünmür. Bununla yanaşı protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə hüquqları və vəzifələrinin izah edilməsi ilə bağlı bildiriş tərtib edilməmiş və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Eyni zamanda şəxsin izahat verməkdən imtinası protokolda qeyd edilsə də imtina ilə bağlı akt tərtib edilməmiş və iş üzrə icraat aparılan fiziki şəxsin vəsatəti olmadan inzibati xəta törəldildiyi yerdə baxılmalı olduğu halda Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş 024 saylı inzibati xəta haqqında işin baxılmağa hazırlanması barədə qərardadın tarixi 12 fevral 2024-cü il olmaqla inzibati xəta haqqında protokoldan iki gün sonra qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 10 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılsın. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-67/2024
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-67/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver