Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-70/2023 13.04.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakı ilə, 02 fevral 1965-ci ildə Neftçala rayonu, Abasallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, “Fəridə” şadlıq sarayında administrator vəzifəsində işləyən, Neftçala rayonu, Abasallı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən təqdim edilmiş 09 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, 09 mart 2023-cü il tarixdə, saat 10:30-da Neftçala rayonu, Dördlər kəndi ərazisində Salyan-Neftçala yoluna yaxınlıqda yerləşən “X2” adlı obyektin fərdi sahibkarı Şəxs tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstəriş yerinə yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş 09 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol, yazılı göstəriş və 23 fevral 2023-cü il tarixli akt qanunsuz tərtib edilmişdir. O Neftçala şəhərində yerləşən “Fəridə” şadlıq sarayında administrator işləyir. Salyan-Neftçala yolunun yaxınlığında yerləşən “X2”nın ona heç bir aidiyyatı yoxdur. Açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsinə dair cavabdeh olan şəxslər olduğu halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır. Onun heç bir təqsiri yoxdur. Həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokol da qanuna zidd tərtib olunub. Belə ki, inzibati xəta haqqında protokolda “X2” nın fərdi sahibkarı kimi o «Şəxs» göstərilib. Onun “X2” adlı obyektə heç bir aidiyyəti yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokola Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlirəm ki, fiziki şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən «İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir», «İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur». Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin mahiyyətindən görünür ki, şəxsin əməlində inzibati xətanın tərkibinin olması halı səlahiyyətli orqan tərəfindən sübuta yetirilməlidir. Beləliklə, fiziki şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinin tərkibinin olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta haqqında protokolu tərtib edilmiş orqanın üzərinə düşür. 09 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Salyan-Neftçala yolunda yerləşən, “X2” adlı obyektin fərdi sahibkarı kimi “Şəxs” qeyd olunub. Həmin şəxsin “X2” adlı obyektə hər-hansısa aidiyyətinin olması halı təqdim olunmuş sənədlərlə müəyyən olunmur. Bununla yanaşı, inzibati xəta haqqında protokola 23 fevral 2023-cü il tarixli, 000041 nömrəli akt əlavə edilmişdir. Aktın məzmunundan görünür ki, Neftçala şəhəri, Salyan- Neftçala yolu “X2” ünvanında, açıq məkanda Şəxs tərəfindən “Reklam haqqında Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməmişdir. Bununla bağlı iş materiallarına fotoşəkil əlavə edilmişdir. Salyan-Neftçala yolunda yerləşən “X2” adlı obyektin Şəxs aid olması halı isə iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlar Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair əsaslı şübhələr yaradır ki, bunlar da qanunvericiliyin yuxarıda göstərilən müddəalarının tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll olunmalıdırlar. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması halı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-70/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-70/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver