Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-70/2024 29.02.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs sədri X2 iştirakı ilə xx xxx 1963-cü ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Xol Qarabucaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 29 fevral 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 05 iyul 2021-ci ildə verilmiş 19 may 2021-ci il tarixli 2(053)- 265/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan və qanunsuz istifadə etdiyi 12,0 ha torpaq sahəsindən məcburi çıxarılmalı və ondan ümumilikdə 1.560 manat məbləğində icarə haqqı borcu alınaraq Xol Qarabucaq bələdiyyəsinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 05 iyul 2021-ci ildə verilmiş 19 may 2021-ci il tarixli 2(053)-265/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 15 iyul 2021-ci ildə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildiriş tərtib edilərək borcluya təqdim edilmişdir. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcək. Borclu Şəxs 15 fevral 2022-ci il tarixdə izahat verərək məhkəmə qərarının icrasından boyun qaçırmadığını, lakin icra sənədi üzrə tələb edilən borc məbləğini bir dəfəyə ödəməyə maddi imkanının olmadığını, hər ay 50 manat olmaqla ödəniş etməyə imkanının olduğunu, məsuliyyətini dərk etdiyini və bununla bağlı ona qanunvericiliyin tələblərinin izah edildiyini bildirmişdir. Buna baxmayaraq borclu ötən dövrdə müxtəlif tarixlərdə ümumilikdə 350 manat məbləğində ödəniş edərək icra sənədinin icrasını tam təmin etməmişdir. Borclunun çağırışlara gəlməməsi səbəbindən barəsində 20 fevral 2024-cü il tarixdə axtarış qərarı qəbul edilmişdir. İcra məmuru həmçinin qeyd edir ki, borclunun ölkədən getmək hüququ müvafiq məhkəmə qərarına əsasən müvəqqəti məhdudlaşdırılıb. Beləliklə, borclu icra sənədini icra etməkdən yayınmış, bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Bu gün üçün borclunun icra sənədi üzrə 1.210 manat miqdarında ödənilməmiş borcu var. Tələbkar Zərərçəkmiş şəxs sədri X4 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasına və onun icraya yönəldiyi vaxtdan 3 ilə yaxın bir müddət keçməsinə baxmayaraq borclu icra sənədini tam icra etməmiş, ötən müddət ərzində müxtəlif tarixlərdə cəmi 350 manat ödəniş etmişdir. Hesab edir ki, borclu icra sənədinə qarşı məsuliyyətsizlik edərək onun icrasından qəsdən yayınır. Göstərilənləri nəzərə alaraq Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından boyun qaçırmır. Qeyd edir ki, tələbkar ona qarşı qərəzli mövqe tutub. İcra sənədi üzrə müxtəlif vaxtlarda ümumilikdə 350 manat məbləğində ödəniş də edibdir. Lakin maddi imkanı yol vermədiyindən icra sənədi üzrə tələb olunan borc məbləğini tam ödəyə bilməyib. Borcunu bundan sonra hər ay 30 manat olmaqla ödəyə bilər. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. İş materiallarından görünür ki, borclu 2021-ci il tarixində icra sənədi üzrə ümumiyyətlə heç bir ödəniş etməyib. O, 2022-ci ildə icra sənədi üzrə dörd dəfəyə ümumilikdə 200 manat, 2023-cü ildə üç dəfəyə ümumilikdə 120 manat, 2024-cü ildə isə bir dəfə cəmi 30 manat ödəniş edib. Qeyd olunur ki, icra sənədi üzrə icraat dövründə, yəni 2022-ci ilin fevral ayının 15də borclu icra məmuruna yazılı izahat verərək borcundan hər ay 50 manat miqdarında ödəniş edəcəyini bildirmişdir. İş materiallarından isə görünür ki, o, nəyinki borcunu tam ödəməmiş, hətta izahatında göstərdiyindən belə xeyli az miqdarlarda ödənişlər etmişdir. Ödənişlərin vaxtaşırılığı da izahatda göstərilən kimi deyil. Məsələn, Şəxs 2023-cü il üzrə ödənişləri və onların vaxtaşırılığı aşağıdakı kimidir: 27 yanvar 2023-cü ildə 50 manat, 02 may 2023-cü ildə 40 manat, 16 oktyabr 2023-cü ildə 30 manat. Məhkəmə işin faktik hallarını, o cümlədən borclunun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq həmçinin hesab edir ki, Şəxs ötən dövrdə borcunu tam ödəməsi üçün kifayət qədər maddi imkana malik olub. Bütün bunlar işin digər faktik halları ilə məcmu şəkildə borclunun müvafiq icra sənədinin icrasından yayındığını, icra məmurunun icra sənədinin icrası ilə bağlı qanuni tələblərini heç bir üzrlü səbəb olmadan icra etmədiyini təsdiq edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs yaşı iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 29 fevral 2024-cü il tarixindən saat 18.35-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-70/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-70/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver