Məhkəmə qərarları › İş №3(053)-71/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-71/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-71/2024 04.03.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1994-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İİİ qrup əlil, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 04 mart 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində həmkəndlisi Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində döyərək, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək qeyd etmişdir ki, 31 dekabr 2023-cü ildə, saat 12:30 radələrində Neftçala rayonu, Aşağı Qaramanlı kəndi ərazisində heyvanları otararkən həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əkin sahəsinin otarıldığını deyərək, onu nalayiq söyüşlərlə söyüb təhqir etmiş, o da cavab olaraq onu itələmişdir. Hadisənin baş verməsində hər ikisinin günahı olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs həmkəndlisidir, kənd ərazisində çobanlıq edir. Ona məxsus yonca sahəsinə iribuynuzlu heyvan saldığı üçün 31 dekabr 2023-cü ildə, saat 12:30 radələrində Şəxs iradını bildirdiyi zaman aralarında münaqişə yaranmış, bu münaqişə zamanı Nahid onu döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 08 yanvar 2024-cü il tarixli 1 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1950-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol qoltuqaltı nahiyəsinin qançırı küt əşya təsirindən törənmiş, göstərilən müddət və şəraitdə, yəni 31 dekabr 2023-cü il tarixdə təpiklə vurma nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında 04 mart 2024-cü il tarixli arayışından görünür ki, Şəxs İİİ qrup əlildir və 150 manat məbləğində müavinət alır. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar