Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-79/2025 31.01.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu X1 inzibati tənbeh vermə haqqında 10 yanvar 2025-ci il tarixli EQ seriyalı 25477577 nömrəli elektron qərarla bağlı şikayətini baxmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək 10 yanvar 2025-ci il tarixli EQ seriyalı 25477577 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın qanunsuz hesab edilərək ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunur ki, həmin elektron qərarla “X6” minik markalı 77DJ047 dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X2 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat miqdarında cərimə edilmişdir. Şikayəti nəzərdən keçirərək hesab edirəm ki, onun icraata qəbul edilməsindən imtina olunmalı və o, əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən «Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair» 02 noyabr 2016-cı il tarixli Qərarında belə qənaətə gəlmişdir ki (nəticəvi hissənin 1-ci bəndi), «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində şikayət vermək hüququ olan subyektlərin dairəsi dəqiq göstərildiyinə görə geniş təfsir edilə bilməz və yalnız həmin maddədə sadalanan şəxslər inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər». Məsələ ilə bağlı məhkəmə bir daha vurğulayır ki, mübahisələndirilən qərar hazırkı şikayətlə məhkəməyə müraciət etmiş X3 barəsində deyil, X2 adlı şəxs barəsində verilib. Şikayətin müəllifi X3 Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsində sadalanmış sair şəxslərin sırasına da daxil deyil. Göstərilənlərə əsasən X3 10 yanvar 2025-ci il tarixli EQ seriyalı 25477577 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 11 noyabr 2021-ci il tarixli Qərarında gəldiyi qənaət aşağıdakı kimidir (nəticəvi hissənin 1-ci və 2-ci bəndləri): «1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir. 2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilsin». Məhkəmə işin faktik hallarını, İXM-nin yuxarıda istinad olunan və s. aidiyyəti müddəalarını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hazırkı işlə bağlı cinayət-prosessual qanunvericiliyin aidiyyəti normalarını analogiya üzrə tətbiq etməyi mümkün sayır. Bununla bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinin mənasına görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Həmin məsələyə hüquqi qiymət verərək hesab edirəm ki, şikayətin Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinin tələbinə zidd olaraq müvafiq səlahiyyətə malik olmayan şəxs tərəfindən verilməsi şikayət üzrə icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-nin 391.5-ci maddəsinin tələbinə görə “Apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır”. Yuxarıda göstərilənlərə əsasən X1 inzibati tənbeh vermə haqqında 10 yanvar 2025-ci il tarixli EQ seriyalı 25477577 nömrəli elektron qərarla bağlı şikayətinin icraata qəbul edilməsindən imtina olunmalı, həmin şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunur ki, qüvvədə olan inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ təsbit edilməyib. Məsələ ilə bağlı həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair» 04 noyabr 2020-ci il tarixli Qərarının nəticəvi hissəsinin 1-ci bəndi aşağıdakı məzmundadır: «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir». Qeyd olunanlara əsasən QƏRARA ALDİM: X1 inzibati tənbeh vermə haqqında 10 yanvar 2025-ci il tarixli EQ seriyalı 25477577 nömrəli elektron qərarla bağlı şikayətinin icraata qəbul edilməsindən imtina olunsun, həmin şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hazırkı qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-79/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-79/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver