Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-82/2025 06.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şirvan-Salyan regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Şirvan-Salyan regional şöbəsi 31 yanvar 2025-ci ildə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, habelə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını araşdırır. Göstərilən məsələlərlə bağlı aşağıdakılar qeyd olunur. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun». Bununla yanaşı, həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələblərinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Eyni Məcəllənin 100.2-ci maddəsinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır». Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinə əsasən «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin hazırkı iş üzrə məhkəməyədək icraatda iştirakının və bununla da qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələn hüquqlarının təmin edilməsi üçün zəruri tədbirlərin görüldüyü iş materialları ilə müəyyən olunmur (materialdan görünür ki, MMC icraatda iştirak etməsi üçün ümumiyyətlə dəvət olunmayıb). Müvafiq icraat zamanı digər qanun pozuntularına da yol verilmişdir. O cümlədən Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinin tələblərinə riayət edilməsi təqdim olunmuş sənədlərlə müəyyən edilmir. Belə ki, inzibati xəta haqqında protokolda protokolun surətinin Neftçala ünvanına göndərildiyi qeyd olunsa da, iş materiallarına bununla bağlı hər hansı bir sənəd əlavə olunmayıb. Eyni zamanda müvafiq protokolun 31 yanvar 2025-ci il tarixdə tərtib olunduğuna baxmayaraq, həmin protokolda protokolun surətinin 30 yanvar 2025-ci il tarixdə göndərildiyi qeyd olunmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin hüquqları məhkəməyədək icraat dövründə pozulmuşdur. Bu səbəbdən inzibati xəta haqqında protokol düzgün tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 31 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-82/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-82/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver