Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-86/2025 25.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən ̶ Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Bakı şəhəri Səbail Rayon Məhkəməsinə təqdim etmişdir. Səbail Rayon Məhkəməsinin 3(009)-2753/2024 nömrəli iş üzrə 16 dekabr 2024-cü il tarixli qərardadına əsasən, material baxılması üçün aidiyyatı üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 06 dekabr 2024-cü il tarixli 00100-03351/24 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) adına İran İslam Respublikasından xx.xx.2024-cü il tarixdə 68AA128 nömrə nişanlı yük avtomaşınında 1403/193 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********0853 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********0853 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 2-ci mal mövqeyində bəyan edilməmiş 48 kq dondurulmuş krevetka balığı və 135 kq farel kürüsü aşkar edilmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 48 kq dondurulmuş krevetka balığı və 135 kq farel kürüsü yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-006658/2024 nömrəli 31 oktyabr 2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 29 noyabr 2024-cü il tarixli, 208 nömrəli ekspert rəyinə əsasən 48 kq dondurulmuş krevetka balığı və 135 kq forel balığının kürüsü yükünün 22 oktyabr 2024-cü il tarixə ümumilikdə orta bazar qiyməti 11.664 manat müəyyən edilmişdir. Beləliklə aparılmış inzibati araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İran İslam Respublikasından idxal edilmiş və orta bazar qiyməti 11.664 manat kimi qiymətləndirilmiş 48 kq dondurulmuş krevetka balığı və 135 kq forel balığının kürüsü yükünün gömrük orqanına bəyan edilmədiyi və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi məhkəməyə nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə "xxxx" MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. İş materiallarına əlavə edilmiş 29 noyabr 2024-cü il tarixli, 208 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Dondurulmuş krevetka balığı və forel balığının kürüsü yükünün orta bazar qiymətləri müəyyən olunaraq aşağıdakı cədvəldə göstərilmişdir: 48 kq krevetka balığı – 864 manat; 135 kq forel balığının kürüsü – 10.800 manat; cəmi – 11.664 manat». Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 50 (əlli) faizi, yəni 5.832 (beş min səkkiz yüz otuz iki) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-86/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-86/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver