Məhkəmə qərarları › İş №3(053)-88/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-88/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-88/2025 17.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1972-ci ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyəti olmayan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 17 fevral 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöəsinin TQ-nin təhqiqatçısının 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, Tağıyev X1 rayonu, Aşağı Qaramanlı kəndində birgə yaşadıqları evdə 30 yanvar 2025-ci il tarixdə, saat 23 radələrində oğlu Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zəminində sifət nahiyəsinə sillə ilə bir dəfə vuraraq, ona fiziki ağrı yetirməklə döymüşdür. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində ailəsi ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir. Kənddə sakinlərə kömək edib sahələrin suvarılmasına nəzarət edir. Zərərçəkmiş şəxs onun kiçik oğludur və onun himayəsində onunla birlikdə yaşayır. Röyalla bundan əvvəl də aralarında heç bir əsaslı səbəb olmadan mübahisə və münaqişələri olmuşdur. Mübahisələrinin səbəbi də sərxoş olaraq bir-birləri ilə yola gedə bilməmələri olmuşdur. Röyal hər dəfə evə sərxoş vəziyyətdə gəldikdə onu evdən bayıra qovaraq araq içməməsini tövsiyyə etmişdir. Bu səbəbdən aralarında mübahisələri olmuşdur. xx.xx.2025ci il tarixdə, saat təxminən 23 radələrində Röyalın yenə sərxoş vəziyyətdə evə gəldiyini görmüşdür. Çünki həmin gün özü də şam yeməyi yeyən zaman 250 qram araq içmişdir. Röyal evə gəldikdən sonra özünü yaxşı aparmayıb, onunla mübahisə xarakterli söhbətlər etdikdə, ona iradını bildirərək evdən bayıra çıxmasını tələb etmişdir. Onun görə də aralarında mübahisə və münaqişə baş vermişdir. Mübahisə zamanı əsəbləşərək oğlu Röyalın sifət nahiyyəsinə bir dəfə sillə ilə vuraraq onu döymüşdür. Sonra isə Röyal onu təhqir edib evdən bayıra çıxaraq küçəyə çıxıb, harasa getmişdir. Onun hara getdiyini görməmişdir. Lakin bir neçə dəqiqədən sonra Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadıqları ünvana gəldiklərini görmüşlər. Həmin vaxt polis əməkdaşları ona Röyalın Azərbaycan Respublikası DİN-nin «102» xidmətinə zəng edərək hadisə barədə məlumat verdiyini bildirmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində valideyinləri ilə birlikdə yaşayır. Özü heç bir yerdə işləmir, fəhlə kimi usta yanında işləyir. Şəxs onun atasıdır. Atası ilə bundan əvvəldə dəfələrlə aralarında mübahisə və münaqişələri olmuşdur. Atası spirtli içki- araq qəbul etdikdən sonra heç bir əsaslı səbəb olmadan onunla evdə mübahisə edərək münaqişə yaradır. xx.xx.2025-ci il tarixdə, saat təxminən 23 radələrində evə gəldikdə atasının yenə sərxoş olduğunu görmüşdür. Çünki o da qonşuda usta yanında fəhlə kimi işlədiyi zaman nahar edǝrkǝn 200 qram araq içmişdir. Həmin vaxt atası onunla əsassız yerə mübahisə etməyə başlamışdır. Hər dəfə onunla eyni evdə yaşamaq istəmədiyini, evdən çıxmasını tələb etmişdir. Aralarında baş vermiş mübahisə zamanı atası ona şərəfsiz, alçaq kimi sözlər deyib təhqir etdiyi üçün ona cavab qaytarmışdır. Bu zaman atası onun üzərinə gələrək sillə ilə sifətinin sol nahiyyəsinə bir dəfə vuraraq onu döymüşdür. Lakin həmin vaxt gözlə görünən xəsarət almasa da fiziki ağrı hiss edǝrǝk evdən bayıra, küçəyə çıxmışdır. Sonra isə hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin «102» xidməti - zǝng sistemləri mərkəzinə müraciət etmişdir. Hadisə yaşadıqları ünvanda baş vermiş, həmin vaxt evdə anası Şəhla Tağıyeva və bacısı Tənzilədən başqa heç kəs olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmayıb. Göstərilənləri nəzərə alaraq ona qanunla nəzərdə tutulmuş tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı yuxarıda qeyd olunan ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 03 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin «102» xidməti zǝng sistemləri mərkəzinə müraciəti və eləcədə Neftçala RPŞ-yə ərizə ilə müraciəti əsasında TB-də toplanmış HK-1/92 saylı material üzrə, Şəxs haqqında cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü qəbul edilmiş qərarın surəti Neftçala RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, “Təhqiqat zamanı Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yaşayan Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspert müayinəsindən keçməkdən ötrü qərar təqdim olunmuşdur. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində heç bir xəsarətinin olmadığına görə MTE müayinəsindən keçməkdən imtina etdiyi üçün bu barədə protokol tərtib edilmişdir”. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsi, peşman olması məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 17 fevral 2025-ci il, saat 18:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar