Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-93/2025 20.02.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə xx xxxxxx 1993-cü ildə Neftçala rayonu, 1-ci Mayak kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, inzibati məsuliyyəti olmayan, Neftçala rayonu, Yenikənd Ə/D 1№-li Mayak kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 20 fevral 2025-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən 20 fevral 2017-ci il tarixdə verilmiş 20 fevral 2017-ci il tarixli, 2(032)-539/2017 nömrəli icra vərəqəsinə əsasən –18 yanvar 2017ci il tarixdən başlayaraq 08 fevral 2016-cı il tarixdə anadan olmuş X1 üçün cavabdeh Şəxs hər ay 118 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməli, Şirvan Şəhər Məhkəməsi tərəfindən 10 fevral 2020-ci il tarixdə verilmiş 09 yanvar 2020-ci il tarixli, 2(032)-3138/2017 nömrəli icra vərəqəsinə əsasən hesablanması 11 avqust 2017-ci il tarixdən başlayaraq – 25 may 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 110 manat olmaqla sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokoldan və icra işlərindən görünür ki, icra sənədləri Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, hər iki işin bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmiş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, hər iki icra sənədi üzrə hal-hazırda ümumilikdə 19.000 manat aliment borcundan heç bir ödəniş etməməklə məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hal-hazırda hər iki icra sənədi üzrə Şəxs 19.000 (on doqquz min) manat məbləğində aliment borcu vardır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə yaranmış borcunu ödəmədiyini hal-hazırda işləməməsi və maddi imkansızlığı ilə izah edir. Bildirir ki, hər iki icra sənədi üzrə yaranmış aliment borcunu imkanı olduqca ödəyəcəkdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş məbləği üzrsüz səbəbdən ödəməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 20 fevral 2025-ci il tarixindən, saat 18:10-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-93/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-93/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver