Məhkəmə qərarları › İş №3(054)-104/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-104/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-104/2022 29.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X1, İnzibati tənbeh vermə haqda qərar qəbul etmək səlahiyyəti olan orqanın nümayəndəsi - Oğuz rayon X7 X9 inzibati təcrübə üzrə baş inspektoru X3 iştirakı ilə X1 AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayətinə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında 150 manat miqdarında cərimə edilməsinin əsassız hesab edilməsi, həmin protokol əsasında barəsində tətbiq edilmiş cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X4 şikayətində qeyd etmişdir ki, o, Oğuz rayonu Bayan kəndində yaşayır və “VAZ 21074 MİNİK” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2022-ci il tarixdə özünə məxsus avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 111-ci kilometrində hərəkət edərkən onun avtomobili AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin inspektoru X5 tərəfindən dayandırılaraq idarə etdiyi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinin tələblərini pozduğu bildirilmiş və barəsində xx.xx.2022ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən, qərarsız olmaqla, 150 manat məbləğində cərimə tətbiq edilmişdir. Onun istifadəsində olan möbil nömrəyə SMS göndərilərək cərimə edildiyi bildirilmişdir. O, qeyd olunan tarixdə barəsində tərtib edilən protokola etiraz edərək hər hansı qanun pozuntusuna yol vermədiyini, idarə etdiyi avtomobildə mövcud olmuş pərdələrin qüvvədə olan qanunvericiliyə əsasən barəsində protokol tərtib edilməsinə və cərimə tətbiq edilməsinə əsas vermədiyini bildirmişdir. O, heç bir təqsiri olmadığı halda, qeyd olunan protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 150 manat miqdarında inzibati cərimə edilməsindən narazı və şikayətçidir. Qeyd etdikləri nəzərə alınmaqla AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında 150 manat miqdarında cərimə edilməsinin əsassız hesab edilməsi, həmin protokol əsasında barəsində tətbiq edilmiş cərimə məbləğinin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokoldan şikayət verən şəxs X4 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Belə ki, Yol Patrul Xidmətinin göstərişinə əsasən avtomobilin sağ və sol tərəflərində güzgü olduqda arxa qapılarda plyonka və pərdəyə icazə verilir. O da yay mövsümündə həmişə avtomobili bu cür idarə etmiş, lakin indiyədək barəsində hər hansı protokol tərtib edilməmişdir. Buna baxmayaraq AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında o, 150 manat miqdarında inzibati cərimə edilmişdir. Ona görə də o, AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu ilə bağlı şikayətlə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən şikayətinin təmin edilməsini məhkəmədən xahiş edir. xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu tərtib edən orqan - AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İnzibati tənbeh vermə haqda qərar qəbul etmək səlahiyyəti olan orqanın nümayəndəsi - Oğuz rayon X7 X9 inzibati təcrübə üzrə baş inspektoru X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, X4 barəsində AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol Oğuz rayon X7 X11 daxil olmuşdur. Həmin protokol əsasında X2 bildiriş göndərilərək inzibati xəta haqqında işə baxılması üçün xx.xx.2022-ci il tarixdə Oğuz rayon X7 X11 dəvət edilmişdir. Həmin gün işə baxılsa da, X4 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol ilə razılaşmadığı üçün həmin protokol əsasında inzibati tənbeh vermə haqda qərar qəbul edilməmişdir. X1 istifadəsində olan möbil nömrəyə göndərilmiş SMS məlumat xarakterli olub, AR DİN BDYPİ-nin mərkəzi məlumat sistemində də hər hansı qərar mövcud deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin X4 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola baxılması və qərar qəbul edilməsi ilə əlaqədar Oğuz rayon X7 X13 tərəfindən X2 bildiriş göndərilərək Oğuz rayon X7 X11 gəlməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2022-ci il tarixədək inzibati tənbeh vermə haqda qərar qəbul edilməmişdir və AR DİN BDYPİ-nin mərkəzi məlumat sistemində hər hansı qərar mövcud deyildir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokoldan şikayət verən şəxsin izahatını dinləyərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, X4 hazırki şikayətində AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu mübahisələndirsə də və həmin protokol əsasında 150 manat miqdarında inzibati cərimə edildiyini bildirsə də, iş materiallarından görünür ki, onun 150 manat miqdarında inzibati cərimə edilməsinə dair hər hansı sənəd (inzibati tənbeh vermə haqqında qərar) iş materiallarna əlavə edilməmişdir və hazırki vəziyyətdə belə bir qərar mövcud deyildir. X4 barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol isə özü-özlüyündə mübahisələndirilə bilən qərar olmayıb, hazırki vəziyyətdə yalnız inzibati tənbehin tətbiq olunması barədə qərarın qəbul edilməsi üçün əsas kimi çıxış edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydalarını müəyyən edən 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati-delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Qeyd olunmalıdır ki, inzibati xəta haqqında protokola məhkəmə tərəfindən baxılaraq müvafiq qərarın qəbul edilməsi ilə səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından verilən şikayətə məhkəmə tərəfindən baxılmasının qayda və şərtləri fərqlidir. İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Lakin inzibati xətaya dair qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olduğu hallarda, belə qərardan verilmiş şikayət üzrə həyata keçirilən məhkəmə araşdırmasının predmetini məhz həmin qərar təşkil edir. Belə olan təqdirdə işə baxan məhkəmə üçün səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş protokol isə artıq sübutedici əhəmiyyət daşıyır. Qeyd olunan hüquq normasının və Konstitusiya Məhkəməsi Plenumunun şərhinin məzmunundan göründüyü kimi, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması çərçivəsində inzibati xəta haqqında protokol deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinin məzmununa görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda, həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, inzibati xətalar üzrə tərtib edilmiş protokol ayrılıqda özü-özlüyündə mübahisələndirilə bilmədiyindən AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan X1 verdiyi hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Eyni zamanda, X4ə izah edilir ki, AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul ediləcək inzibati tənbeh vermə haqqında qərarı qanunvericiliyin tələbinə əməl etməklə mübahisələndirmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: X1 AR DİN BDYPİ Yol Patrul Xidməti Alayının V X14 Xidmətinin xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar