Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-104/2024 06.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Oğuz rayonu Mollalı kəndində anadan olmuş, Oğuz rayonu Mollalı kəndində qeydiyyatda olmaqla yaşayan, evli, orta təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı regional X1 meşə gözətçisi vəzifəsində çalışan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Oğuz rayonu Mollalı kəndi ərazisində, küçədə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döyməsi faktı üzrə Oğuz rayon X4 Bölməsinin təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024 il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs vuraraq sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsi faktı ilə bağlı toplanmış material üzrə xx.xx.2024cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Mollalı kəndində yaşayır və meşə gözətçisi vəzifəsində çalışır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Əvvəllər Ramikin atası Əvəz meşəyə aid ərazidən torpaq sahəsi əldə etmək istəmiş, bu mümkün olmadıqda isə onun həmin işə mane olduğunu zənn etmişdir. Bundan sonra isə Əvəz Zakirov onun barəsində çalışdığı idarəyə şikayət etmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 13:40 radələrində Oğuz Rayonu Mollalı kəndində küçədə həmkəndlisi Zərərçəkmiş şəxs görmüş və idarə etdiyi avtomobili kənara çəkərək atasının hansı səbəbdən onun barəsində şikayət etdiyini soruşmuşdur. Ramik onun atası ilə problemi olduğunu bildirmiş və atasının ünvanına nalayiq ifadələr işlədərək söymüşdür. O, da qarşılıqlı şəkildə həmin ifadələri Ramik üçün işlətmişdir. Bu zaman Zərərçəkmiş şəxs onun yaxasından tutmuş və o da Ramikin yaxasından tutmuşdur. O həmin vaxt Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və onun hansı şəraitdə xəsarət alması barədə də məlumatı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs onun həmkəndlisidir. Onun istifadəsində olan torpaq sahəsinin koordinatları meşə fondunun ərazisinə düşdüyünə görə X3 müraciət etdiyi üçün xx.xx.2024-cü il tarixdə saat 13:40 radələrində Oğuz rayonu Mollalı kəndi ərazisində küçədə olan zaman Şəxs avtomobili ilə onun qarşısını kəsərək onunla mübahisə etməyə başlamışdır. Şəxs mübahisə zamanı onun sinəsindən tutaraq baş nahiyəsinə və sinəsinə əli ilə vurmuşdur. Mübahisə zamanı onları ayıran olmamış və o, Şəxs qollarından itələyərək hadisə yerindən qaçıb getmişdir. Bundan sonra isə bu hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək məlumat vermişdir. Buna görə də Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarına əlavə edilmiş, inzibati xəta hadisəsinin qeydə alındığı yerin yaxınlığında olan mağazanın videomüşahidə vasitəsinin (videokameranın) görüntüləri əks olunan diskə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bir-birlərinin yaxasından tutaraq mübahisə edirlər. Oğuz rayon X4 Bölməsinin təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində boyunun sol aşağı hissəsinin sıyrıqdan sonrakı izi, sağ bazunun içəri 1/3-nin, sol bazunun isə bayır orta 1/3-nin qançırı kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlər bərk-küt əşyaların təsirindən törənməklə əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı ona heç bir xəsarət yetirməməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusat zərərçəkmiş şəxsin izahatı, məhkəmətibbi ekspertizasının rəyi, baxış keçirilmiş disk və işin digər faktiki halları ilə təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Mollalı kəndi ərazisində, küçədə həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta hadisəsinin baş vermə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini səciyyələndirən halları və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin isə hazırda da ondan şikayətçi olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin yüksək həddə - 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-104/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-104/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver