Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-107/2023 23.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1995-ci il tarixdə Qəbələ rayonu Cığatelli kəndində anadan olmuş, həmin kənddə yaşayan, subay, öz deməsinə görə orta təhsilli, “Şəlalə” adlanan restoranda çilingər vəzifəsində çalışan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs barəsində Oğuz rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Xalxal kəndində ictimai asayişi pozaraq polisin qanuni tələbinə tabe olmadığı üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələbləri pozulmşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Sərhəd-Sipər 2023” şərti adlı əməliyyat profilaktik tədbirləri ilə əlaqədar Oğuz rayonu Xalxal kəndi ərazisində polis nəfərləri postda xidmətdə olduğu zaman Xalxal kəndi istiqamətində yüksək sürətlə hərəkət edən “KİA” markalı avtomobilə “Saxla” işarəsi verilmiş, lakin adını sonradan bildikləri sürücü X5 polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Bir qədər sonra həmin avtomobil Oğuz rayon Xalxal kəndi ərazisində yerləşən “Şəlalə” istirahət mərkəzinin qarşısında polis əməkdaşları tərəfindən dayandırılmışdır. Həmin şəxsdən polisin qanuni tələbinə əməl etməməsinin səbəbini soruşduqda Fərid Seyidli polislə mübahisə etmiş və sonradan adını bildikləri, avtomobildəki sərnişin Şəxs da mübahisəyə qoşulmuşdur. Polis əməkdaşları X5 və Şəxs intizama dəvət etsələr də, onlar polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin şəxslər Polis Şöbəsinə getməkdən imtina etdiklərinə görə məcburi şəkildə avtomobilə əyləşdirilərək polis şöbəsinə gətirilmişdir. Həmin fakt əsasında araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Cığatelli kəndində yaşayır, Oğuz rayonu Xalxal kəndində yerləşən, “Şəlalə” adlanan istirahət mərkəzində çilingər vəzifəsində çalışır və hər gün yaşadığı yerdən Oğuz rayonu Xalxal kəndinə işləmək üçün gəlir. xx.xx.2023-cü il tarixdə də bacısının əri X2 idarə etdiyi avtomobillə digər sərnişinlərlə birlikdə iş yerinə gedərkən Oğuz rayon Xalxal kəndində yolda polis əməkdaşlarını görmüşlər və onların yanından ötərək iş yerinə çatdıqda polis əməkdaşları xidməti avtomobillə onlara yaxınlaşaraq sənədlərini təqdim etmələrini tələb etmiş və “saxla” işarəsinə məhəl qoymamağımızın səbəbini soruşdular. Onlar üzərlərində hər hansı sənəd olmadığını bildirmişlər. Bundan sonra bacısının əri Fərid Seyidli ilə polis əməkdaşları arasında sözlü mübahisə yaranmışdır. Bacısının ərini polis əməkdaşları məcburi şəkildə aparmağa çalışarkən polis əməkdaşlarına yaxınlaşaraq Fəridin azyaşlı uşaqları olduğunu, Polis Şöbəsinə aparılmamağını xahiş etmiş, onlar bu təkliflə razılaşmadıqda isə, o özü könüllü şəkildə polis avtomobilə əyləşərək Polis Şöbəsinə getmişdir. O, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Hesab edir ki, onun tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli AZ 000567 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:30-da inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə 10:00-da azad edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Oğuz rayon Polis Şöbəsində toplanmış material üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Xalxal kəndində ictimai asayişi pozduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Fərid Seyidlinin idarə etdiyi avtomobildə sərnişin olmuş, polis əməkdaşlarına və digər hər hansı şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə ictimai asayişi pozması iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində “xırda xuliqanlıq” dedikdə, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər nəzərdə tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verməmiş, hər hansı şəxsə qarşı digər qanunsuz hərəkətlər etməmişdir. Polis əməkdaşları ilə bacısın əri X5 arasında yaranmış sözlə mübahisə zamanı Fərid Seyidli lehinə sözlər deməsi, ictimai qaydanın pozulması və xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Şəxs xx.xx.2023-cü il tarixdə onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, avtomobilə idarə edən və “saxla” işarəsinə tabe olmayan şəxs o yox X5 olmuşdur. X4 polis əməkdaşları məcburi qaydadada Polis Şöbəsinə apararkən, onun azyaşlı uşaqlarının olduğunu bildirməsi, özünün də könüllü şəkildə polis avtomobilində əyləşməsi polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Qeyd olunan faktlar iş materialları və məhkəmə araşdırması ilə də müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi sübuta yetirilmədiyinə görə onun tərəfindən həmin inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən həmin maddələrlə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon X6 Təhlükəsizlik Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-107/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-107/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver