Məhkəmə qərarları › İş №3(054)-111/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-111/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-111/2024 22.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Oğuz rayon prokurorunun böyük köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, ünvan 2 şagirdi, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz şəhər sakini Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Oğuz rayon X7 Bölməsinin təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri Ş.İbrahimov küçəsində Zərərçəkmiş şəxs məxsus “HUNDAİ” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapot hissəsini qəsdən cızaraq zədələmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs və X1 xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri Ş.İbrahimov küçəsində Zərərçəkmiş şəxs məxsus “HUNDAİ” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapot hissəsini qəsdən cızaraq zədələmələri faktı üzrə Oğuz rayon X7 Bölməsinin təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Oğuz şəhərində yaşayır və orta məktəbin 11A sinfində təhsil alır. O, xx.xx.2024-cü il tarixdə sinif yoldaşı X4 ilə birlikdə əvvəllər onların sinif yoldaşı olmuş Kənan Ellazovun babası Zərərçəkmiş şəxs yaşadığı küçədən keçən zaman Zərərçəkmiş şəxs məxsus avtomobili görmüş və həmin avtomobilin yanına getmişlər. Seymur həmin vaxt yerdən daş götürmüş, avtomobilin arxa hissəsini daşla cızaraq “PK” hərfi yazmış, sonra isə o, Seymurun əlindən daşı götürərək həmin hissəyə cızıq atmışdır. Onlar bu hərəkətləri heç bir şəxsi qərəz və məqsəd olmadan etmişlər. İlk dəfədir ki, belə bir inzibati xəta törədir. O, törətdiyi əməlindən səmimi peşman olmuşdur, zərər çəkmiş şəxsdən üzr istəyir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirdi ki, Şəxs onun oğludur. Şəxs xx.xx.2024-cü il tarixdə sinif yoldaşı Teymur Kərimzadə ilə birlikdə Zərərçəkmiş şəxs məxsus avtomobilə zərər yetirmiş olsa da, hazırda əməlindən peşmandır və zərər çəkmiş şəxsdən də üzr istəyir. Eyni zamanda Şəxs yetkinlik yaşına çatmamış şəxsdir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Oğuz şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə X4 və Şəxs ona məxsus avtomobili daş vasitəsilə cızaraq zərər vurmuşlar. Keçən il nəvəsi Kənan barəsində onun sinif yoldaşı “TİK-TOK” sosial şəbəkəsində nalayiq ifadələr işlətmiş, sonradan həmin platformada da dediyini təkzib etmişdir. Kənanın həmin sinif yoldaşının Seymur və Ramili onun avtomobilinə “PK” hərflərini yazmaları üçün təhrik etdiyini düşünür. X4 və Şəxs avtomobili daşla cızaması nəticəsində ona dəymiş cəmi 300 manat maddi ziyan məbləği indiyədək də ödənilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Oğuz rayon prokurorluğunun nümayəndəsi - Oğuz rayon prokurorunun böyük köməkçisi X5 məhkəmə iclasında verdiyi rəyində Şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmədiyi və onunla barışmadığını nəzərə alaraq Şəxs ən yüksək həddə cərimə edilməsi xahiş etdi. Oğuz rayon X7 Bölməsinin təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X4 və Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri Ş.İbrahimov küçəsində Zərərçəkmiş şəxs məxsus “HUNDAİ” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapot hissəsini qəsdən cızaraq zədələmələri faktı üzrə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilməklə həmin qərarın surəti X4 və Şəxs barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmələri üçün Oğuz rayon Polis Şöbəsinin İTByə verilmişdir. Həmin qərar işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Qeyd olunan qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törəməsi faktı təsdiq edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Şəxs tərəfindən törədilən inzibati xəta haqqında nəticəsində zərərçəkmişə 300 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinə dair elektron çıxarışdan görünür ki, Şəxs xx.xx.2007-ci il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamışdır. Məhkəmə araşdırması zamanı iş materialları, fotoşəkillər, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhəri Ş.İbrahimov küçəsində Zərərçəkmiş şəxs məxsus “HUNDAİ” markalı, ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa kapot hissəsini qəsdən cızaraq zədələmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun qanuni nümayəndəsinin və zərər çəkmiş şəxsin izahatlarını, Oğuz rayon prokurorluğunun nümayəndəsinin rəyini, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını, inzibati xətanı törədən zaman yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci və 32.1.2-ci maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən halların olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan nzibati xəta nəticəsində vurulmuş ziyanın 1.5 misli, yəni 450 manat məbləğində inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X8 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın 1.5 misli miqdarında – 450 (dörd yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar