Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-112/2024 27.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1955-ci il tarixdə Qəbələ rayon Tikanlı kəndində anadan olmuş, Oğuz rayonu Kərimli kəndində yaşayan, subay, natamam orta təhsilli, təqaüdçü, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz şəhər sakini Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Oğuz rayon X3 Bölməsinin təhqiqatçısı Vasif Məmmədovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində ona məxsus mobil telefonu sındıraraq özgənin əmlakını qəsdən məhv etmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024cü il tarixdə Oğuz rayonu Kərimli kəndində Zərərçəkmiş şəxs məxsus mobil telefonu sındıraraq özgənin əmlakını qəsdən məhv etməsi faktı üzrə Oğuz rayon X3 Bölməsinin təhqiqatçısı Vasif Məmmədovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. O, xx.xx.2024-cü il tarixdə qaynına məxsus fındıq bağına gedən zaman orada Zərərçəkmiş şəxs ağacları kəsdiyini, bağın hasarını sökdüyünü və bağı yararsız hala saldığını görmüş və öz narazılığını bildirmişdir. Bu zaman onlar arasında mübahisə yaranmış, Zərərçəkmiş şəxs onu təhqir edərək üzərinə gəldiyindən o yıxılmışdır. O, yerdən qalxaraq orada olan ağac budağı ilə Zərərçəkmiş şəxs arxadan vurmuş, ağac budağı telefona dəyərək onu zədələmişdir. O həmin vaxt Zərərçəkmiş şəxs şalvarının arxa cibində mobil telefonun olduğunu bilməmişdir. İlk dəfədir ki, belə bir inzibati xəta törədir. O törətdiyi əməldən səmimi peşman olmuşdur və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla onun barəsində qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Oğuz rayon X3 Bölməsinin təhqiqatçısı Vasif Məmmədovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zəminində ona məxsus mobil telefonu sındıraraq özgənin əmlakını qəsdən məhv etməsi faktı üzrə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilməklə həmin qərarın surəti Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Oğuz rayon Polis Şöbəsinin İTB-yə göndərilmişdir. Həmin qərar işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Qeyd olunan qərarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, Samsung markalı “02 S” modelli telefonun yenisi satışa təqdim olunmur, indiki halda satış qiyməti 200 (iki yüz) manatdır, təqdim olunmuş mobil telefon hazırda işləyir, lakin təmirə ehtiyacı var. Təmir etmək üçün yeni ekran, arxa qapaq və ekran qoruyucusu təzələnməlidir. Bunların hamısı bir yerdə 65 (altmış beş) manat dəyərindədir. Məhkəmə araşdırması zamanı iş materialları, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz rayonu Kərimli kəndində Zərərçəkmiş şəxs məxsus mobil telefonu sındıraraq onun əmlakını qəsdən məhv etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, Şəxs tərəfindən törədilən inzibati xəta nəticəsində zərərçəkmişə 65 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, törədilmiş inzibati xətada məsuliyyəti yüngülləşdirən halın olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan nzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 65 manat məbləğində inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X4 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında – 65 (altmış beş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-112/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-112/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver