Məhkəmə qərarları › İş №3(054)-113/2022

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-113/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-113/2022 04.07.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1967-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işsiz, ikinci dərəcəli əlilliyi olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində Oğuz rayonu Xaçmaz kəndində yerləşən bağ sahəsində ucadan səs-küy salaraq və nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs barəsində inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs - Oğuz rayon X12 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində yerləşən bağ sahəsində ucadan səs-küy salaraq və nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərini pozaraq tabe olmaması faktı üzrə onun tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, Oğuz rayonu Xaçmaz kəndində yaşayır. Mülkiyyətində olan həyətyanı torpaq sahəsindən su arxı keçir. xx.xx.2022-ci il tarixdə 8-9 nəfər şəxsin onun həyətinə icazəsiz daxil olaraq su arxına müdaxilə etdiklərini görmüş, bu səbəbdən həmin şəxslərlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt onun arvadı X1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları gələrək onları sakitləşdirməyə çalışmışlar. Bundan sonra polis əməkdaşları onun da barəsində şikayət olduğunu, bu səbəbdən izahatının alınmalı olduğunu bildirərək onun Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Lakin o, əsəbi vəziyyətdə olduğu üçün polis əməkdaşları ilə getməkdən imtina etdikdə isə polis əməkdaşları onu məcburi şəkildə avtomobilə əyləşdirib Polis Şöbəsinə aparmışlar. O, polis əməkdaşlarını və ya digər hər hansı şəxsi söyməmiş, heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir. Ancaq mübahisə baş verən zaman əsəbi vəziyyətdə olduğu üçün əlindəki yabanı su arxına müdaxilə edən şəxslərin üzərinə atmışdır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Eyni zamanda, o, ikinci dərəcəli əlilliyi olan şəxsdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon Polis Şöbəsinin təhqiqatçısı X11 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Oğuz rayonu Xaçmaz kənd sakini Gültəkin Mehdiyeva adlı şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz kəndi ərazisində qonşular arasındakı mübahisə ilə əlaqədar şikayət etmişdir. Həmin müraciətlə bağlı Polis Şöbəsinə daxil olmuş məlumat əsasında o, polis əməkdaşları Qorxmaz Allahverdiyev və Həmid Məmmədovla birlikdə Oğuz rayon Xaçmaz kəndinə getmişlər. Onlar hadisə yerinə gələn zaman Şəxs səs-küy saldığını görüb onu sakitləşdirməyə çalışaraq barəsində olan şikayətin də araşdırılması üçün Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Belə ki, hadisə zamanı Şəxs mübahisə etdiyi şəxslərdən birinə xəsarət yetirməsinə görə onun barəsində də Polis Şöbəsinə şikayət daxil olmuşdur. Ancaq Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış və onlar kömək üçün 5 nömrəli marşrutda xidmət aparan Oğuz rayon Polis Şöbəsinin PPXT-nin polis nəfərləri Qismət Novruzovu və Gündüz Şahhüseynovu qeyd oluna ünvana çağırmışlar. Bundan sonra onlar Şəxs məcburi şəkildə Polis Şöbəsinə aparmışlar. İş üzrə şahid qismində izahat verən Oğuz rayon Polis Şöbəsinin əməkdaşları X2 və X3 da məhkəmə iclasında Oğuz rayon Polis Şöbəsinin təhqiqatçısı X6 izahatının məzmununa uyğun izahatlar verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə Şəxs onlarla birlikdə Polis Şöbəsinə getmək istəmədiyini, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmadığını bildirdilər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AZ 000539 nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:40-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 11:30-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş əlillik vəsiqəsinin surətindən və elektron informasiya məlumat sistemi üzrə çıxarışdan müəyyən edilir ki, Şəxs ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi olan şəxsdir, hazırki vəziyyətdə onun sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2027-ci il tarixədək müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs Oğuz rayon Polis Şöbəsinə daxil olan məlumatla bağlı araşdırma aparılması üçün xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində Oğuz rayonu Xaçmaz kəndində olduğu vaxt polis əməkdaşları tərəfindən Polis Şöbəsinə dəvət edilərkən Polis Şöbəsinə getməkdən imtina etmiş və polis əməkdaşlarının bununla bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə, o, ikinci dərəcə əlilliyi olan şəxs olduğuna görə ona inzibati həbs tətbiq edilməsinin mümkün olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq edilməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 34, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar