Məhkəmə qərarları › İş №3(054)-117/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-117/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-117/2025 13.05.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1993-cü il tarixdə Oğuz rayonu Qarabaldır kəndində anadan olmuş, Oğuz rayonu Qarabaldır kəndində qeydiyyatda olmaqla yaşayan, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 316 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 673 manat məbləğin tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh Şəxs qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 196 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi cəmi 2098,49 manat və 41,39 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (023) - 221 / 2023 nömrəli qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Həmin icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2025-ci il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 316 / 2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2 (054) - 196 / 2023 nömrəli və Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (023) - 221 / 2023 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, icra sənədləri üzrə tələbkarlara müəyyən qədər ödəniş etmiş, hazırda onun cəmi 4713 manat borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir. Onun hazırda tələbkarlara cəmi 4713 manat borcu yaranmışdır. O, "xxxx" Kommersiya Bankı ASC-dən krediti tələbkar Zərərçəkmiş şəxs1 ilə birlikdə götürmüşdür. Eyni zamanda nişamlı olduqları dövrdə "xxxx" MMC-dən telefon alaraq Güləsərə vermişdir. O, Qarabağa işləmək üçün getmək istəyir, lakin mütəmadi olaraq Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən çağrıldığından gedə bilmir. Onun hazırki vəziyyətdə borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, maddi imkanları daxilində borcun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, son dövrlərə qədər işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin vaxt verilərsə qalıq borcu hissə-hissə ödəyəcəkdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər "xxxx" MMC-nin, Unibank” Kommersiya Bankı ASC-nin nümayəndələri və və Zərərçəkmiş şəxs1 hazırki protokol ilə bağlı icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 316 / 2022 qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 673 manat məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına, məhkəmənin xx.xx.2023-cü il tarixli 2 (054) - 196 / 2023 nömrəli qətnaməsinə əsasən isə cəmi cəmi 2098,49 manat və 41,39 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi, Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (023) - 221 / 2023 nömrəli qətnaməsinə əsasən hər ay cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Həmin icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və bir icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə borclu müəyyən qədər ödəniş etmiş və hazırda tələbkarlara cəmi 4713 manat ödənilməmiş borcu qalmışdır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, ödənilməli olan borcun məbləğini nəzərə alaraq inzibati həbs müddətinin 8 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan –xx.xx.2025-ci il tarixdən saat 17:15-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar