Məhkəmə qərarları › İş №3(054)-119/2024

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-119/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-119/2024 17.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Oğuz şəhər sakini Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə Oğuz rayon X3 Bölməsinin təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhərində Zərərçəkmiş şəxs məxsus 42 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhərində Zərərçəkmiş şəxs məxsus 42 manat pulu ələ keçirməklə dələduzluq yolu ilə talaması faktı üzrə Oğuz rayon X3 Bölməsinin təhqiqatçısı Elnur Alcanovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Mingəçevir şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə yas mərasimində iştirak etmək məqsədi ilə Oğuz rayonuna gəlmişdir. Yas mərasimində iştirak etdikdən sonra siqaret almaq məqsədi ilə şəhər ərazisində yerləşən bazar ərazisinə getmiş və orada yerdən bükülü vəziyyətdə pul tapmışdır. Həmin pulu saydıqda cəmi 300 manat olduğunu görmüş və siqaret almaq üçün mağazaya girmiş, lakin xırda pulu olmadığı üçün ala bilməmişdir. Bundan sonra küçəyə çıxmış və orada gördüyü tanımadığı yaşlı şəxsə Bakıdan yardım göndərildiyini bildirmiş və 5 ədəd 20 manatlıq banknot vermiş, əvəzində isə 42 manat pul almışdır. O, yerdən tapdığı pulların etibarsız olduğunu bilməmişdir. Hazırda o, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri ödəmiş, onunla barışmış və Zərərçəkmiş şəxs da onu bağışlamışdır. O, etdiyi hərəkətə görə özünü təqsirli sayır və əməlindən səmimi peşman olmuşdur. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. O, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Oğuz şəhərində bazarın yaxınlığında tanımadığı şəxs Vəli deyərək onu səsləmiş və təqaüd alıb-almadığını soruşmuşdur. O təqaüd aldığını bildirdikdə isə həmin şəxs 5 ədəd 20 manatlıq banknot vermiş, əvəzində isə 50 manat istəmişdir. O, həmin şəxsə inanaraq üzərində olan 42 manatı ona vermişdir. O, sonradan marketdə alış-veriş edərkən pulların saxta olduğu aşkara çıxmışdır. Hazırda Şəxs əməlindən səmimi peşman olduğuna, ondan dəfələrlə üzr istədiyinə və ona dəymiş maddi ziyanlığı ödədiyinə görə onunla barışmış və onu bağışlamışdır. Onun hazırda Şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Oğuz şəhərində Zərərçəkmiş şəxs məxsus 42 manat pulu ələ keçirilməklə dələduzluq yolu ilə talamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinin tələbinə görə Şəxs barəsində olan hazırki inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 110- 115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar