Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-12/2025 31.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, evli, ali təhsilli, Oğuz rayon notariat ofisinin xüsusi notariusu, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz rayon notariat ofisinin xüsusi notariusu Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə həmin notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi üzrə əmlakın qiymətinin real dəyərindən aşağı göstərməklə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəliklərin icrasından yayınması faktı üzrə onun barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Bakı şəhəri 37 saylı notariat ofisinin xüsusi notariusu kimi təyin edilsə də, faktiki olaraq Oğuz rayon notariat ofisinin xüsusi notariusu kimi çalışır. 2024-cü ilin may ayında Oğuz rayonu Çaldaş kənd sakinləri Oğuz rayon notariat ofisinə müraciət edərək alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişlər. Bu zaman alıcı alqı-satqının predmeti olan evin dəyərini 10 il əvvəl ödədiyini bildirmişdir. Müqaviləyə tərəflərin razılaşdıqları və ona bildirdikləri qiymət yazılmışdır. Müqavilələr Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən təsdiq edildikdən sonra onların sistemində görünür və bundan sonra əməliyyat aparmaq mümkün olur. Həmin müqavilə də baş idarə tərəfindən təsdiq edilmiş və əməliyyatı aparılmışdır. Alıcı güya notariat ofisinin əməkdaşının ondan rüşvət alması ilə əlaqədar korrupsiya idarəsinə şikayət etmişdir. Həmin şikayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi tərəfindən araşdırılmış, notariat ofisinin əməkdaşlarının izahatı alınmış, lakin həmin fakt öz təsdiqini tapmamışdır. Ümumiyyətlə, alıcı bu tipli işlərlə məşğuldur. Belə ki, alıcının Oğuz rayonundan 6 şikayəti vardır. Bundan başqa Strateji planlaşdırma və monitorinq baş idarəsi onu izahat üçün çağıraraq hansı səbəbdən alqı-satqının predmeti üçün real qiymət yazılmadığını soruşmuşlar. O isə kənd yerlərində evlərin qiymətlərinin çox olmadığını, eyni zamanda qiymətlə bağlı tərəflər arasında mübahisə olmadığını bildirmişdir. O, Ədliyyə Nazirliyi tərəfindən 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Onun tərəfindən inzibati xətaya yol vermədiyini düşünsə də, hazırda protokolda qeyd edilənləri qəbul edir. Ona güzəşt edilməsini və inzibati cərimə məbləğinin aşağı həddə müəyyən edilməsini xahiş edir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Oğuz rayon notariat ofisinin xüsusi notariusu Şəxs xx.xx.2024-cü il tarixdə həmin notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi üzrə əmlakın qiymətini real dəyərindən aşağı göstərməklə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəliklərin icrasından yayınmışdır. Xüsusi notarius Şəxs izahatında qeyd etdiyi xüsusatlar onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini istisna edən hal deyildir. Oğuz rayon notariat ofisinin xüsusi notariusu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə xüsusi notariusu olduğu Oğuz rayon notariat ofisində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi üzrə əmlakın qiymətini real dəyərindən aşağı göstərməklə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəliklərin icrasından yayınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimənin - 1200 (bir min iki yüz) manat məbləğində tətbiq etməyi məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-12/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-12/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver