Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-120/2024 22.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1979-cu il tarixdə Laçın rayonu Çorman kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla ünvan 1 ünvanında məskunlaşıb yaşayan, evli, orta təhsilli, işsiz, Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (070) – 13 / 2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 8 (səkkiz) gün müddətində inzibati həbs edilmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsinəndən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda küçədə Oğuz rayon Polis Şöbəsinənin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməsi, onun polis əməkdaşlarının qanuni tələblərini pozması, bundan əlavə Oğuz rayon X1rşısında ucadan səsküy salaraq iş fəaliyyətini pozması, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə onun barəsində Oğuz rayon Polis Şöbəsinə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X7 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz şəhər sakini X8 xx.xx.2024cü il tarixdə Oğuz rayon Polis Şöbəsinənə ərizə ilə müraciət edərək Şəxs adlı şəxsin həmin tarixdə Oğuz rayon Bayan kəndində yerləşən bağından qoz ağaclarını qanunsuz olaraq kəsib yaşadığı ünvana apardığını bildirmişdir. Həmin məlumat əsasında polis əməkdaşları Şəxs yaşadığı ünvana getmiş, orada olarkən Vidadinin küçədə saxladığı “KAMAZ” markalı avtomobilin yük yerində oduncaq olduğu aşkar edilmişdir. Şəxs araşdırma ilə əlaqədar Polis Şöbəsinənə dəvət edilmiş, lakin o, polis əməkdaşları ilə getməkdən imtina etmiş və sərxoş vəziyyətdə polis əməkdaşlarını nalayiq ifadələrlə təhqir etmişdir. Polis əməkdaşları Şəxs intizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Şəxs polis əməkdaşları ilə Polis Şöbəsinənə getməkdən imtina etdiyinə görə polis əməkdaşlarından ibarət əlavə kömək çağrılmış və o, məcburi şəkildə avtomobilə əyləşdirilərək Polis Şöbəsinənə gətirilmişdir. Şəxs Polis Şöbəsinənə gətirildikdən sonra da Növbətçi Hissənin qarşısında da ucadan səs-küy salmaqla nalayiq ifadələr işlətməyə davam etmiş və iş fəaliyyətini 10-15 dəqiqə ərzində pozmuşdur. Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda küçədə Oğuz rayon Polis Şöbəsinənin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etməsi, onun polis əməkdaşlarının qanuni tələblərini pozması, bundan əlavə Oğuz rayon X1rşısında ucadan səsküy salaraq iş fəaliyyətini pozması, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi, eyni zamanda, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması faktı üzrə araşdırma aparılmış və toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə müvafiq protokol tərtib edilmiş və Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Oğuz Rayon Məhkəməsinə gətirilmişdir . Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, Oğuz şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə yaşadığı evin yerləşdiyi küçədə özünə məxsus “KAMAZ” markalı yük maşınının yük yerinə oduncaq yığan zaman polis əməkdaşları həmin yerə gəlmiş və odunu hardan aldığını soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, həmin oduncaqları Bayan və Yemişənli kəndlərindən almışdır. Elnur adlı polis əməkdaşı ona yük avtomobili ilə birlikdə Polis Şöbəsinənə getməli olduğunu bildirmişdir. O, həmin polis əməkdaşına özünün Polis Şöbəsinənə gələcəyini demişdir. Polis əməkdaşı birlikdə getmələri üçün israr etdiyinə görə aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zamanı əvvəlcə Elnur onun ünvanına nalayiq ifadələr işlətmiş, o da həmin ifadələrin eynisini ona qarşı işlətmişdir. O, səhv etdiyini başa düşür. Eyni zamanda onun səhhətində də problemlər vardır. Qeyd etdiklərinə əsasən ona inzibati həbs deyil, yüksək həddə cərimə cəzası tətbiq edilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Oğuz rayon X6 Bölməsinin baş təhqiqatçısı X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Oğuz rayon Bayan kəndində yerləşən bağdan qoz ağaclarının qanunsuz olaraq kəsilməsi barədə Oğuz rayon Polis Şöbəsinənə daxil olmuş müraciətin araşdırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı ünvana gedilmişdir. Şəxs məxsus “KAMAZ” markalı yük maşının yük yerində oduncaq aşkar olunmuşdur. Bu səbəbdən o, Şəxs oduncağı haradan aldığını soruşmuş və birlikdə Polis Şöbəsinənə getməli olduqlarını bildirmişdir. Bundan sonra Şəxs ucadan səs-küy salmaqla onun ünvanına nalayiq ifadələr işlətmiş və Polis Şöbəsinənə getməkdən imtina etmişdir. O və digər polis əməkdaşları Şəxs nizam-intizama dəvət etməklə törətdiyi əməlin qanun pozuntusu olduğunu ona izah etsələr də, Şəxs öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokolundan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 14:30-da tutulmadan azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 122 nömrəli tibbi müayinə protololundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:17-də müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Xocalı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3 (070) - 13 / 2024 nömrəli qərarı ilə müəyyən edilir ki, şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətində inzibati həbs edilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemi üzrə çıxarışdan görünür ki, Şəxs himayəsində üç azyaşlı övladı vardır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evin yerləşdiyi küçədə Oğuz rayon Polis Şöbəsinənin əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onları təhqir etmiş, bundan əlavə Oğuz rayon X1rşısında ucadan səs-küy salaraq iş fəaliyyətini pozmuş, bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmiş, eyni zamanda, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin və şahidin izahatlarını, müdafiəçinin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı övladlarının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilən xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini və inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə həmin Məcəllənin 33.1.2-ci və 33.1.7-ci maddələrinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətaların xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 15 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30-da tutulmadan azad edilsə də, xx.xx.2024-cü il tarixdə saat 14:30-da Oğuz Rayon Məhkəməsinə gətirilmiş, beləliklə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının sonunadək azadlığı faktiki olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin əsaslara görə inzibati xəta törətmiş şəxs Şəxs tətbiq edilən inzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024cü il tarixdə saat 19:00-dan hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon X7 Təhlükəsizlik Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində 15 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada tutma protokoluna əsasən xx.xx.2024cü il tarixdə saat 19:00-dan hesablansın. İnzibati həbs müddəti xx.xx.2024-cü il tarixdə saat 19:00-da başa çatmış hesab edilsin. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinənə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-120/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-120/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver