Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-121/2023 04.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra Şöbəsinin rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında yaşayan, subay, orta təhsili, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 9 / 2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı X1 verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 590 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hər iki qətnamə üzrə icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 9 / 2014 nömrəli və xx.xx.2022-ci il tarixli 2 (054) - 590 / 2022 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədləri üzrə tələbi vaxtında icra etməmişdir. İcra sənədi icraatda olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, ancaq borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun hazırda tələbkara 1950 manat aliment borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, heç yerdə işləmədiyinə görə alimentin ödənilməsində çətinlik çəkir və hər ay 130 manat sabit pul məbləğində alimenti ödəməyə maddi imkanı yoxdur. O, iki dəfə avtomobil qəzasına düşmüşdür və ciddi xəsarətlər almışdır. Aldığı xəsarətlərlə bağlı müalicə olunsa da, sağlamlıq vəziyyətində hazırda da ciddi problemlər vardır. Buna baxmayaraq təsadüfi işlərdə çalışaraq, xüsusilə fındıq yığımı mövsümündə maddi imkanları daxilində tələbkara aliment ödəyir. Daimi iş yeri olmadığından və hər hansı gəlir əldə etmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə dair icra sənədlərinin icra edilməsində gecikmələr yaranmış və hazırda icra sənədləri üzrə onun tələbkara cəmi 1950 manat aliment borcu qalmışdır. Həmin borcu iki ay ərzində hissə-hissə ödəyərək yaranmış gecikməni aradan qaldıracaqdır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclu xəstədir və maddi imkanları daxilində aliment ödənişini həyata keçirir. Şəxs aliment borcunu iki ay ərzində ödəyərək yaranmış gecikməni aradan qaldıracaqdır. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs Həmzəyeva (Kərimova) Röyalə Hümmət qızı hazırki iə baxılması üzrə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2 (054) - 9 / 2014 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2007-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı X1 verilməsi qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 590 / 2022 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılaraq hər ay 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Həmin məhkəmə qərarları üzrə borclunun hazırda tələbkara cəmi 1950 manat aliment borcu yaranmışdır. Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, aliment borcunun miqdarını, habelə hazırki vəziyyətdə Şəxs inzibati həbs tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-121/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-121/2023
04.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver