Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-122/2024 27.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan, orta təhsili, subay, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 456 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 246 manat borc və 30 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 6 / 2024 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs qazancından və başqa gəlirlərindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay ərzində hər ay üçün 110 manat, cəmi 330 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq, 04 mart 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi qət edilmişdir. Həmin icra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu Şəxs qeyd olunan icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbkarlara olan borcunu tam şəkildə ödəmədiyinə görə görə onun barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 456 / 2023 nömrəli və xx.xx.2024-cü il tarixli 2 (054) - 6 / 2024 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmişdir və onun hazırda Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 456 / 2023 nömrəli qətnaməsi üzrə 276 manat, məhkəmənin xx.xx.2024-cü il tarixli 2 (054) - 6 / 2024 nömrəli qətnaməsi üzrə isə 750 manat borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir, bəzən təsadüfi işlərdə çalışaraq günəmuzd qazanc əldə edir. Onun hazırda tələbkarlara cəmi 1026 manat borcu vardır. Hazırki vəziyyətdə yaranmış aliment və digər borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, maddi imkanları daxilində borcların ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun tələbkarlara borcu o qədər də çox deyildir və borcunu tam şəkildə bağlayacaqdır. Borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 və "xxxx" MMC-nin nümayəndəsi hazırki protokol ilə bağlı icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişlər. İcra məmurunun deməsinə görə Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxladıqda icra sənədi üzrə borcun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 6 / 2024 nömrəli qətnaməsindən görünür ki, 21 avqust 2011-ci il tarixdə anadan olmuş X5 və 02 sentyabr 2012-ci il tarixdə anadan olmuş X4 cavabdeh Şəxs himayəsində saxlanılması qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 6 / 2024 nömrəli qətnaməsinə əsasən borclu Şəxs qazancından və başqa gəlirlərindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 3 ay ərzində hər ay üçün 110 manat, cəmi 330 manat, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq, 04 mart 2021-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə verilməsi qət edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2 (054) - 456 / 2023 nömrəli qətnaməsinə əsasən isə cavabdeh Şəxs cəmi 246 manat borc və 30 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilməsi qət edilmişdir. Borclu həmin icra sənədləri üzrə qismən ödəniş etmiş və hazırda onun tələbkarlara cəmi 1026 manat aliment borcu yaranmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hazırki vəziyyətdə Şəxs 11 və 12 yaşlı uşaqlarını təkbaşına böyüdür. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə on dörd yaşına çatmamış uşaqlarını təkbaşına böyütdüyünə görə ona inzibati həbs tətbiq edilməsinin qanunauyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin həmin maddədə nəzərdə tutulmuş aşağı həddə - 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini qanuni əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 30, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-122/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-122/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver