Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-123/2024 31.05.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəşidzadə Dərya Təngiz qızının katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1997-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsilli, subay, elektrik işləyir, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı borc məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 673 / 2023 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 3062 manat borc və 50,62 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdeh Şəxs qarşı kredit borcunun və dövlət rüsumunun tutulması tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 96 / 2024 nömrəli qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 7688,01 manat və 97,29 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri 54 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 135 manat tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və xx.xx.2024cü il tarixli qərara əsasən icra sənədləri bir icraatda birləşdirilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 673 / 2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2 (054) - 96 / 2024 nömrəli qanuni qüvvəyə minmiş qətnamələrinə və Bakı şəhəri 54 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydinə dair icra sənədləri üzrə üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədi üzrə tələbi vaxtında icra etməmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu Oğuz rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməmiş, icra sənədləri üzrə tələbkarlara heç bir ödəniş etməmiş, hazırda onun cəmi 11032,92 borcu qalmışdır. Qeyd etdikləri nəzərə alınmaqla borclu Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, daimi olaraq heç bir yerdə işləmir. Onun hazırda tələbkarlara cəmi 11032,92 borcu yaranmışdır. O, "xxxx" Kommersiya Bankı ASC-də götürdüyü kreditin yarısını qohumuna vermiş, lakin həmin şəxs pulu qaytarmamışdır. O, 10 gün ərzində tələbkar BOKT "xxxx" MMC-yə olan borcunu bağlayıb digəri tələbkarlara da hər birinə 500 manat olmaqla ödəniş edə bilər, lakin hazırki vəziyyətdə borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur, maddi imkanları daxilində borcun ödənilməsində yaranmış gecikməni aradan qaldırmağa çalışacaqdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, borclunun icra sənədinin icrasından boyun qaçırmaq niyyəti yoxdur, son dövrlərə qədər işsiz olması ilə əlaqədar borcunu ödəyə bilməmişdir, lakin vaxt verilərsə qalıq borcu hissə-hissə ödəyəcəkdir. Qeyd edilən əsaslara görə hüquqlarını müdafiə etdiyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs maddi vəziyyəti nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxslər "xxxx" MMC-nin, Unibank” Kommersiya Bankı ASC-nin və BOKT "xxxx" MMCnin nümayəndəsi hazırki protokol ilə bağlı icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, icra məmurunun deməsinə görə onlarla telefon əlaqəsi saxladıqda icra sənədləri üzrə borcun tam şəkildə ödənilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (054) - 673 / 2023 qətnaməsinə əsasən cavabdeh Şəxs cəmi 3062 manat borc və 50,62 manat dövlət rüsumu məbləğinin tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına, məhkəmənin xx.xx.2024-cü il tarixli 2 (054) - 96 / 2024 nömrəli qətnaməsinə əsasən isə cəmi 7688,01 manat və 97,29 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASCnin hesabına ödənilməsi qət edilmişdir. Bakı şəhəri 54 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli il tarixli icra qeydinə əsasən Şəxs cəmi 135 manat tutularaq BOKT "xxxx" MMC-yə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədləri hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır və bir icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə borclu heç bir ödəniş etməmiş və hazırda tələbkarlara cəmi 11032,92 ödənilməmiş borcu qalmışdır. Eyni zamanda, borclu icra məmurunun çağırışlarından yayınmış, bununla da icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Borclunun barəsində axtarış elan edildikdən sonra o, Polis Şöbəsinin çağırışı ilə Oğuz rayon İcra və Probasiya Şöbəsinə könüllü şəkildə gəlmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, müdafiəçinin fikrini dinləyərək hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs etməyi, tələbkarlara heç bir ödəniş etməməyini və ödənilməli olan borcun məbləğini nəzərə alaraq inzibati həbs müddətinin 10 gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Oğuz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx.xx.2024-cü il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Oğuz rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-123/2024
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-123/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver