Məhkəmə qərarları › İş №3(054)-126/2025

Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-126/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-126/2025 19.06.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, həmin kənddə yaşayan, orta təhsilli, subay, işsiz, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 82 / 2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq, 15 sentyabr 2012-ci il tarixdə anadan olmuş X5 və 25 iyul 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X4 xeyrinə verilməsi, alimentin bu qaydada tutulmasının Oğuz Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(054)- 82/2024 saylı qərardadının icrası nəticələri də nəzərə alınmaqla 01 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahat verərək bildirdi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 82 / 2024 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs bildiriş göndərilmiş, lakin borclu icra sənədlərini vaxtında və tam şəkildə icra etməmişdir. İcra sənədləri Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu barəsində inzibati qaydada protokol tərtib edilərkən onun tələbkara 670 manat ödənilməmiş aliment borcu olmuşdur. Hazırda borclu 670 manat məbləği də ödəmiş və onun Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 82 / 2024 nömrəli qətnaməsinə dair icra sənədi üzrə heç bir borcu qalmamışdır. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, uzun müddətdir ki işsiz olduğuna görə aliment borcunun ödənilməsində gecikmə yaranmışdır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 82 / 2024 nömrəli qətnaməsinə dair icra sənədi üzrə tələbkara olan aliment borcunu tam şəkildə ödəmiş və hazırki icra sənədi üzrə heç bir borcu qalmamışdır. Qeyd etdiklərinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərər çəkmiş şəxs X6 hazırki işə baxılması üzrə icra məmuru tərəfindən məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərar gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 82 / 2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Şəxs qazancından və başqa gəlirlərindən hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X4 xeyrinə verilməsi qərara alınmışdır. Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda qeyd edilmişdir ki, borclunun tələbkara olan gecikdirilmiş aliment borcu 670 manat təşkil edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki vəziyyətdə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2 (054) - 82 / 2024 nömrəli qətnaməsinə dair icra sənədi üzrə borclunun tələbkara ödənilməli olan gecikdirilmiş aliment borcu yoxdur. Borclunun uzun müddət işsiz olması və maddi vəziyyətinin səviyyəsi onu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, məhkəmə qərarının icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işin məhkəmədə müəyyən edilmiş hallarından da görünür ki, borclu tələbkara hər ay hər uşaq üçün 170 manat-cəmi 340 manat miqdarında alimenti müntəzəm olaraq ödəməsə də, maddi imkanlarından asılı olaraq müəyyən gecikmələrlə həmin məbləği ödəyir. Bundan əlavə, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Eyni zamanda, borclu tələbkara olan 670 manat aliment borcunu protokol tərtib edildikdən sonra ödəmişdir. Borclunun maddi imkansızlıq üzündən, yəni özündən asılı olmayan səbəblərə görə icra sənədini icra edə bilməməsi isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya onun icra sənədinin icra edilməməsində təqsirli olması kimi qiymətləndirilə bilməz. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmasına əsas olmuş icra sənədi üzrə aliment borcunu tam şəkildə tələbkara ödədiyindən onun inzibati məsuliyyətə cəlb olunması üçün səbəblər də aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs barəsində Oğuz rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar