Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-127/2023 10.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Laçın rayonu Köhnə Çorman kəndində anadan olmuş, Laçın rayonu Çorman kəndində qeydiyyatda olan, faktiki Oğuz rayonu Padar kəndində məskunlaşıb yaşayan, evli, orta təhsilli, işsiz, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Padar kəndi ərazisində, yaşadığı evin yaxınlığında, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döyməsi faktı üzrə Oğuz rayon X5 Qrupunun təhqiqatçısı İlkin Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Oğuz rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs və Zərərçəkmiş şəxs arasında dəfələrlə münaqişə yaranmış, lakin onlar hər dəfə Polis Şöbəsində barışıq əldə etmişlər. Sonuncu dəfə isə Oğuz rayonu Padar kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Oğuz rayon Polis Şöbəsinə verdiyi şikayət ərizəsi əsasında araşdırma aparılmışdır. Hadisə yerində Şəxs Oğuz rayon Polis Şöbəsində verdiyi izahatında qeyd etdiyi qırılmış formada hər hansı plastik boru aşkar edilməmişdir. Zərərçəkmiş şəxs bədən xəsarətləri ilə əlaqədar ekspert rəyi alınmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Padar kəndi ərazisində, yaşadığı evin yaxınlığında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirməsi faktı üzrə Oğuz rayon X5 Qrupunun təhqiqatçısı İlkin Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə müvafiq protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, məcburi köçkündür və Laçın rayonu Çorman kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ailə üzvləri ilə birlikdə Oğuz rayonu Padar kəndində “Yeni zavod” adlanan ərazidə məskunlaşıb yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Zərərçəkmiş şəxs əri ona müraciət edərək müvəqqəti yaşamaları üçün “Yeni zavod” ərazisindən onlara yaşayış yeri verməsini xahiş etmiş, o da bu təklifi qəbul etmişdir. Təxminən 2-3 ay əvvəl isə Zərərçəkmiş şəxs və əri həmin ərazidən köçmüşlər. Zərərçəkmiş şəxs onunla qonşu olduğu müddətdə mütəmadi olaraq aralarında münaqişələr yaranmış, lakin sonradan barışıq olmuşdur. O, yaşadığı əraziyə su xətti çəkdirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs özünün yaşadığı evdə suyun verilişində fasilə yarandığını bildirərək qablarla su aparmaq üçün onun yaşadığı əraziyə gəlmişdir. Həmin vaxt “su kranı” olduğu halda ondan istifadə etməyərək qərəzli şəkildə kənardakı plastik su borusunu çıxararaq qırmışdır. O, onlardan su borusunu niyə qırdıqlarını soruşduqda Gülay yerdən daş götürərək ona daş atmış, lakin həmin daş Gülayın ərinin qoluna dəymişdir. Sonra isə o həmin ərazini tərk etmişdir. O, Zərərçəkmiş şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ona böhtan atmaq məqsədi ilə özü-özünə xəsarət yetirmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, faktiki nikah münasibətlərində olduğu Zikirulla Abdullayev və digə ailə üzvləri ilə birlikdə Oğuz rayonu Padar kəndi ərazisində yaşayır. Şəxs onun həmkəndlisidir. Onun əri “Yeni zavod” adlanan ərazidə yerləşən köhnə tikilidə müvəqqəti yaşamaq üçün Şəxs icazə istəmiş və onlar bu barədə razılığa gəlmişlər. Bir müddət əvvəl isə o və əri öz evlərinə köçmüşlər. Şəxsla qonşu olduqları müddətdə bir müddət mehriban qonşuluq münasibətləri olsa da, sonradan onları təhqir edərək çıxıb getmələrini tələb etmişdir. Bu səbəbdən onlar arasında dəfələrlə mübahisə yaranmış, lakin hər dəfə barışıq əldə edilmişdir. xx.xx.2023-cü il tarixdə onun özünün yaşadığı evdə suyun verilməsi bir müddət dayandırıldığından o əri ilə birlikdə qablarla su götürmək üçün Şəxs yaşadığı əraziyə getmişlər. Su doldurmaq üçün plastik su borusunu çıxaran zaman Şəxs onları təhqir etməyə və hədələməyə başlamış, onun saçından tutaraq yerə yıxmış, ona və ərinə dəyənəklə vuraraq xəsarətlər yetirmiş, ayağını daşla vurmuş və saçını yolmuş, hətta bu zərbələr nəticəsində o bətnindəki övladını da itirmişdir. Bununla əlaqədar telefon vasitəsilə çəkilmiş video da mövcuddur. Ona görə də Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında izahat verərək bildirdi ki, Qəbələ qeydiyyatı olsa da, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Padar kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə faktiki nikah münasibətlərindədir. Onlar əvvəllər Şəxs icazə alaraq “Yeni zavod” adlanan ərazidə yerləşən köhnə tikilidə müvəqqəti olaraq yaşamışlar. 2-3 ay mehriban qonşuluq münasibətlərində yaşasalar da, sonradan onları təhqir etməyə başlamışdır. İndi onlar ayrı yerdə öz evlərində yaşayırlar. Sonuncu dəfə su gətirmək üçün Şəxs yaşadığı əraziyə getmişlər. Bu zaman Şəxs əsassız yerə onlara qarşı nalayiq ifadələr işlətmiş, təhqir etmiş və döyərək xəsarət yetirmişdir. Şəxs Zərərçəkmiş şəxs dəyənəklə, ayağını daşla vurmuş və saçını yolmuşdur. Zərərçəkmiş şəxs aldığı xəsarətlər nəticəsində bətnindəki övladı tələf olmuşdur. Oğuz rayon X5 Qrupunun təhqiqatçısı İlkin Məmmədovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthi üzərində sol bazunun orta üçdə birinin, sağ əlin üst səthinin baldırın bayır orta üçdə birinin qançırı və sağ əlin barmaqlarının iç səthinin sıyrığı kimi xəsarətlər aşkar edilmişdir. Əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğundur. Dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu döyməməsi və ona heç bir xəsarət yetirməməsi barədə məhkəmə iclasında verdiyi izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, həmin xüsusat zərərçəkmiş şəxsin və şahidin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər faktiki halları ilə təkzib edildiyindən özünü müdafiə xarakteri daşıyır. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Oğuz rayonu Padar kəndi ərazisində, yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirərək qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta hadisəsinin baş vermə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini səciyyələndirən halları və təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin isə hazırda da ondan şikayətçi olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin yüksək həddə - 500 (beş yüz) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №3(054)-127/2023
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-127/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver