Azərbaycan Respublikası adından QƏRAR Oğuz rayonu İş № 3(054)-127/2025 03.07.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Oğuz rayon Polis Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Şəxs Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsində işləyir. Oğuz rayon Polis Şöbəsi tərəfindən Cəmiyyətə ünvanlanmış bildirişi o şəxsən xx.xx.2025-ci il tarixdə qəbul etmiş, xx.xx.2025-ci il tarixdə isə həmin bildirişlə tələb edilən məlumatların əks olunduğu cavab məktubunu xəbərnaməli poçt göndərişi vasitəsi ilə Oğuz rayon Polis Şöbəsinə göndərmişdir. Həmin məktub Oğuz rayon Polis Şöbəsinə xx.xx.2025-ci il tarixdə rəsmi təqdim edilmişdir. Buna baxmayaraq Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində yenə də xx.xx.2025-ci il tarixdə Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinə əsasən Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan - Oğuz rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat bildirilməsinə baxmayaraq həmin orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəblərini bildirməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinin tələbinə əsasən işə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə SAZ 350701 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarının pozulması ilə bağlı Şəxs Açıq Səhmdar Cəmiyyətinə bildiriş göndərilərək həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs barəsində məlumat verilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixli bildiriş xx.xx.2025-ci il tarixdə hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən imza edilərək qəbul edilmişdir. Eyni zamanda, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş müraciətin məzmunundan və xəbərnamədən görünür ki, SAZ 350701 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində məlumat xx.xx.2025-ci il tarixli məktubla Oğuz rayon Polis Şöbəsinə göndərilmiş, həmin məktub elə həmin tarixdə də Oğuz rayon Polis Şöbəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində tərtib olunmuş hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə həmin hüquqi şəxsin özünün mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi qeyd edilsə də, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildi ki, SAZ 350701 markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Oğuz rayon Polis Şöbəsi tərəfindən göndərilmiş bildirişlərə Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunla müəyyən edilmiş müddətdə cavab verilmişdir. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından həmin hüquqi şəxsin barəsində qeyd olunan maddədə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Oğuz rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Məmmədli
Məhkəmə qərarları › İş №3(054)-127/2025
Oğuz Rayon Məhkəməsi Qərar — İş №3(054)-127/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver